YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

BBC Ermənistanın Gəncəni raket atəşinə tutması ilə bağlı reportaj yayımlayıb

BBC telekanalı Ermənistanın Gəncə şəhərini raket atəşinə tutması ilə bağlı reportaj yayımlayıb.

Reportajda Azərbaycanın ikinci böyük şəhəri olan Gəncənin dağıntılar içində olduğu bildirilir. Bu görüntülərin Ermənistan tərəfindən atılan ballistik raketin qalıqları olduğu qeyd edilir. Vurğulanır ki, Azərbaycan Ermənistanı müharibə cinayəti törətməkdə ittiham edir.

Reportajda deyilir: “Aydın görünür ki, insanların məskunlaşdığı binaların, mənzillərin yerləşdiyi bu ərazi mülki hədəf olub. Dağıntılar arasında ətrafa səpələnmiş yataq dəstləri, döşəklər, örtüklər var. Hücum gecə saat 2 radələrində baş verib. Atəşkəs rejimi tətbiq olunmalı idi. Ancaq bu, daha çox total müharibəyə oxşayır”.

Bəs sonra nə olacaq? Müxbir bu sualla Azərbaycan Respublikası Prezidentinin köməkçisi-Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevə müraciət edib. Hikmət Hacıyev bildirib ki, indiki mərhələdə biz atəşkəs mərhələsinə əməl etməyə çalışırıq. Ancaq əlbəttə ki, ermənilər bizim mülki vətəndaşlarımıza qarşı hücumları davam etdirsələr, hər bir ölkənin olduğu kimi, bizim də özümüzü müdafiə hüququmuz var. Əgər Ermənistan Azərbaycanın mülki obyektlərinə hücumu davam etdirsə, o zaman Azərbaycan legitim hərbi hədəflərə qarşı lazımi tədbirləri görmək məcburiyyətində qalacaq.