YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

“The National Interest” jurnalı: Azərbaycan tezliklə Avropanın iri və etibarlı qaz təchizatçısı olacaq

Azərbaycan Xəzər dənizi regionunda Avropanın iri neft təchizatçısıdır. Azərbaycan tezliklə bu qitənin iri və etibarlı qaz təchizatçısı olacaq.
Bu barədə “The National Interest” jurnalının saytında yerləşdirilən Avrasiyanın enerji bazarının rəqabət qabiliyyətliliyinə həsr edilən məqalədə məlumat verilir. Məqalədə həmçinin, Avrasiyanın enerji təhlükəsizliyində mühüm rolu olan Qazaxıstan, Rusiya və Türkmənistandan da söhbət açılır.
Məqalənin müəllifləri ABŞ-ın Qazaxıstan və Gürcüstandakı keçmiş səfiri Uilyam Kortni, ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Riçard Kozlariç və bu ölkənin Belarus və Gürcüstandakı keçmiş səfiri Kenent Yalovitsdir.