YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan Prezidenti “Sky News” telekanalına müsahibəsində mümkün danışıqların şərtlərini açıqlayıb

Azərbaycan Prezidenti İlham Əliyev “Sky News” telekanalına müsahibəsində Ermənistanla mümkün danışıqların şərtlərini açıqlayıb.

“Ermənistanın dəstəkləməkdən imtina etdiyi əsas prinsiplərdə torpaqların açıq-aydın necə geri qaytarılacağı göstərilir. Birinci mərhələdə Dağlıq Qarabağın cənub-şərq tərəfində yerləşən beş Azərbaycan rayonu, sonra Dağlıq Qarabağ və Ermənistan arasında yerləşən iki Azərbaycan rayonu qaytarılmalıdır. Sonra azərbaycanlılar Dağlıq Qarabağa qayıdırlar. Dağlıq Qarabağda 25 faiz azərbaycanlı əhali olub, onların da hüquqları təmin edilməlidir. Onlar yaşadıqları yerə - qədim Şuşa şəhərinə və digər yerlərə qayıdırlar və biz normal kommunikasiyaları bərpa edirik. Biz xalqlar arasında təmasları bərpa edirik. Bu, vasitəçilərin planıdır və biz bunu dəstəkləyirik”, -deyə dövlətimizin başçısı bildirib.

Azərbaycanın həmişə danışıqlar prosesini dəstəklədiyini qeyd edən Prezident İlham Əliyev deyib: “Ümid edirəm ki, Ermənistan döyüş meydanında bu acı məğlubiyyətlə üzləşəndən sonra onlar daha məntiqli olacaq və vasitəçilərin məsləhətlərinə qulaq asacaqlar, danışıqlar masasında səmimi olacaqlar. Danışıqlar münaqişənin siyasi həllinə və işğal olunmuş ərazilərin boşaldılmasına gətirib çıxarmalıdır”.