YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan Prezidenti: Sülhməramlılar mövzusunu müzakirə etmək hələ tezdir

Sülhməramlılar ATƏT-in Minsk qrupu tərəfindən münaqişənin həlli üçün işlənib hazırlanmış əsas prinsiplərdə təmin edilən ünsürlərdən biridir və sülhməramlılarla bağlı bənd var. Lakin biz bu bəndə çatmamışıq ki, onu lazımi şəkildə müzakirə edək, çünki tezdir.

Prezident İlham Əliyev bu fikirləri “Sky News” telekanalına müsahibəsində aparıcının siz bu ərazidə sülhməramlıları qəbul etməyə hazırsınızmı sualına cavabında səsləndirib.

“Biz ilk olaraq əsas məsələni - işğalı, ərazilərin boşaldılmasını həll etməliyik və azərbaycanlılar oraya qayıdandan sonra əlbəttə ki, sülhməramlılar gəlməlidirlər. Bu, razılaşma çərçivəsindədir. Əgər bu, hər iki tərəfdən imzalansa, onda hər iki tərəf bu sülhməramlıların kim olacağını seçəcək. Beləliklə, biz buna qarşı deyilik. Lakin biz faktiki olaraq bu bəndlə bağlı danışıqların aktiv fazasında deyilik”, - deyə dövlətimizin başçısı vurğulayıb.