YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Fəqət Şadlinskaya: Tezliklə qələbə qazanacağımıza inanırıq!

"Uzun illərdir, Azərbaycan torpaqlarını işğal altında saxlayan Ermənistan hərbi cinayətlərə əl atır, dinc əhaliyə qarşı silah işlədir. Lakin artıq onların sonu gəlib". Bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) Bərdə rayon təşkilatının sədri Fəqət Şadlinskaya deyib.

Fəqət Şadlinskaya bildirib ki, düşmənin bütün təxribatları onun məğlubiyyəti və çoxsaylı itkiləri ilə müşayiət olunur. Rayon təşkilatının sədri qeyd edib ki, sentyabrın 27-dən etibarən  erməni təxribatı nəticəsində ağır döyüşlər gedir. Azərbaycan Ordusu bu döyüşlərdə düşmənə sarsıdıcı zərbələr endirib, bir sıra yaşayış məntəqələrini  və strateji yüksəklikləri işğaldan azad edib.

Onun sözlərinə görə, mənfur düşmən yenə də öz xislətinə uyğun olaraq dinc insanları hədəfə alıb: "Bunun nəticəsində mülki insanlar həlak olur, onların ikisi məktəblidir. Hazırda bir sıra cəbhəyanı ərazilərdə yaşayış məntəqələri mütəmadi olaraq ağır texnikalardan atəşə tutulur, infrastruktura ciddi ziyan vurulur. Bugünlərdə düşmən Bərdə şəhərini və onun bəzi kəndlərini atəşə tutdu. Bunun nəticəsin ölən və yaralananalar, eləcə də ciddi dağıntılar oldu. Amma bu hadisələr Bərdə əhalisini əsla qorxutmur.  Bu təxribatlar bir daha onu göstərir ki, Ermənistan rəhbərliyi öz çirkin niyyətlərindən əl çəkmir. Baş verənlər onu göstərir ki, düşmən Tovuz istiqamətində gedən döyüşlərdəki məğlubiyyətindən nəticə çıxarmayıb. Görünür, Ermənistan rəhbərliyi diqqəti daxildəki ictimai-siyasi və sosial-iqtisadi problemlərdən yayındırmaq istəyir. Buna baxmayaraq, düşmənin bütün təxribatlarının qarşısı Azərbaycan Ordusu tərəfindən hər dəfə qətiyyətlə alınır. Çünki Azərbaycan Silahlı Qüvvələri düşmənin bütün təxribatlarına cavab verir. Hazırda ermənilər böyük təşviş içindədirlər. Tezliklə qələbə qazanacağımıza inanırıq!".