YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ceyhun Məmmədov: Azərbaycan öz ərazisindən işğalçıları çıxarmaq üçün zəruri tədbirləri həyata keçirir

“Ermənilərin  Azərbaycanın mülki əhalisini atəşə tutması yeni məsələ deyil. Amma bu dəfə fərq ondadır ki, işğalçı ordu cəbhə zonasından xeyli uzaqda yerləşən şəhərləri və kəndləri ağır silahlardan atəşə məruz qoyur. Buna nümunə olaraq  Gəncəni, Mingəçevi və s. yerləri göstərmək olar”. Bu fikirləri Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib.

C.Məmmədov bildirib ki, bütün bunlar beynəlxalq hüquqa, humanitar normalara ziddir. Bütövlükdə isə hərbi cinayətdir.  Ermənistanın belə bir addım atması təxribat xarakteri daşıyır. Azərbaycan öz torpaqlarını işğaldan azad etmək üçün mübarizə aparır və Azərbaycanın bir şərti var ki, Ermənistan işğal etdiyi torpaqları boşaltsın. Ermənistan isə əvəzində mülki əhaliyə atəş açır, bizim müxtəlif şəhərləri tez-tez top və raket atəşinə tutur.

Millət vəkilinin sözlərinə görə, burada düşmənin əsas məqsədi odur ki, əhali arasında təşviş yaratsın, insanları qorxutsun. Ermənistanın digər məqsədi də ondan ibarətdir ki, beynəlxalq qurumların diqqətini bura çəksin. Yəni cavab olaraq Azərbaycan Ermənistan ərazisini atəşə tutsun və onlar da bundan istifadə edərək müəyyən dırnağarası “uğurlara” nail olsun. Məqsədlərdən biri də budur ki, ermənilər  xarici dövlətlərə nümayiş etdirsin ki, Azərbaycan müharibəni Ermənistanla aparır. Bununla da digər dövlətləri münaqişəyə cəlb etmək istəyirlər.

“Azərbaycan öz ərazisindən işğalçıları çıxarmaq üçün zəruri tədbirləri həyata keçirir. Ermənistan isə təcavüzkardır və təxribatçıdır. Bu məsələdə maksimum soyuqqanlı olmalıyıq. Əsas diqqəti, gücü yönləndirməliyik işğaldan azad olan torpaqlarımızın azad olunmasına. Biz inanırıq ki, tez bir zamanda Azərbaycan Ordusu Ali Baş Komandanın rəhbərliyi ilə bu torpaqların işğaldan azad edilməsinə nail olacaq”-deyə, deputat qeyd edib.