YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

“Paşinyan ağ bayraq qaldırmalıdır” - Siyavuş Novruzov

Nikol Paşinyan hakimiyyətə gələndə düşünülürdü ki, o, Dağlıq Qarabağ problemini BMT qətnamələrinə və beynəlxalq təşkilatların çıxardığı qərarlara uyğun həll edəcək. Çünki hakimiyyətinin ilk dövrlərində bu məsələyə problem yaradanları həbs etdi. Onun imkanı vardı ki, işğal edilmiş torpaqlarımızdan dinc yolla geri çəkilsin, bundan sonra Azərbaycanla münasibətləri normal müstəviyə sala bilsin".

Bu fikirləri yap.org.az-a açıqlamasında Milli Məclisin Regional Məsələlər Komitəsinin sədri Siyavuş Novruzov bildirib.

Onun sözlərinə görə, gözlənilənlərin heç biri baş vermədi və Paşinyan iyrənc erməni məkrindən kənara çıxa bilmədi: “Proseslərin sonrakı inkişafı göstərdi ki, Paşinyan öz fəaliyyətini erməni məkri və yalanları üzərində qurub”.

Komitə sədri vurğulayıb ki, uzun müddət Azərbaycan torpaqlarını işğalda saxlayan Ermənistan hər zaman konstruktivlikdən uzaq siyasət yürüdüb: “Hazırkı baş nazirin də proseslərin gedişində siyasətdən uzaq biri olduğu sübuta yetirildi. Çünki onun verdiyi yanlış qərarlara görə bu gün ölkəsi məğlub və aciz duruma düşüb”.

Siyavuş Novruzov vurğulayıb ki, Azərbaycan Ordusu öz gücü ilə Paşinyanı çıxılmaz vəziyyətə salıb: “Artıq o, vəziyyətdən çıxa bilmir. Ölkəsi iqtisadi-siyasi böhrana sürüklənib, sosial partlayış ərəfəsindədir. Bu gün Paşinyan bütün dünya dövlətlərinin rəhbərlərinə yalvarır ki, müharibə dayandırılsın. İşğalçı ölkənin baş naziri ağ bayraq qaldırır.

Azərbaycana qarşı iddia və hikkələrlə danışan Paşinyan kapitulyasiya olmaq astanasındadır. Ermənistan rəhbərliyinin danışıqlarda Azərbaycana şərt qoymaq, danışıqlar prosesinin formatını dəyişmək kimi bütün iddiaları darmadağın edildi.

Ermənistan Azərbaycanın tələb etdiyi şərtlər əsasında danışıqlar prosesinə getmək üçün bu gün özü yalvarır”.

Millət vəkilinə görə, müharibə də o zaman dayana bilər ki, Azərbaycanın şərtləri təmin edilsin: “Cənab Prezident İlham Əliyevin irəli sürdüyü şərtlər üzrə işğalçı erməni silahlı birləşmələri torpaqlarımızdan çıxmalıdır. Əks təqdirdə müharibəni dayandırmaq qeyri-mümkündür. Çünki bu gün Azərbaycanda xalq iqtidar birliyi monolit formada təmin edilib. Cəbhədə isə Paşinyanın təslim olmaqdan başqa yolu qalmayıb”.