YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Gəncə gənclərindən “Əsgərə məktub”

Azərbaycan Ordusu sentyabrın 27-dən başlayaraq, Ermənistan silahlı qüvvələrinin hərbi təxribatlarının qarşısını alaraq əks-hücum əməliyyatları həyata keçirir. Uğurlu əməliyyatlar nəticəsində işğal altındakı bir sıra ərazilərimiz azad olunub. Döyüşlərdə əldə etdiyimiz uğurlar və müxtəlif istiqamətdə hakim mövqelərin azad olunması Azərbaycan Ordusunun şəxsi heyətinin yüksək döyüş ruhunu və qələbə əzmini daha da artırır.

Ölkənin dörd bir yanında olduğu kimi, Nizami yurdunda da YAP Gəncə şəhər təşkilatı Gənclər Birliyinin fəal gəncləri Azərbaycan Silahlı Qüvvələrinə mənəvi dəstək olaraq “Əsgərə məktub” layihəsinə qoşulub, xalqımıza qürur və qalibiyyət hissi yaşadan əsgərlərimizə öz duyğularını kağız və qələm vasitəsilə bildiririblər.

Məktublarda qürur yerimiz olan hərbçilərin xidmətləri, onların Vətən torpağı üçün canlarından belə keçməyə hazır olduqları və bizim onların sayəsində gündəlik həyatımıza davam etdiyimiz diqqətə çatdırılıb.

Ön cəbhədə vuruşan hərbçilərimizə dəstək üçün arxa cəbhədə bu cür aksiyalar bundan sonra da davam edəcək.