YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Elmar Məmmədyarovun Aİ-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi ilə görüşündə enerji sahəsində strateji tərəfdaşlıq məsələləri müzakirə olunub

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Herbert Salberin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Görüşdə Azərbaycanla Avropa İttifaqı arasında əlaqələrin inkişafı və enerji sahəsində strateji tərəfdaşlıq məsələləri müzakirə olunub. Avropa İttifaqı ilə Azərbaycan arasında vizaların sadələşdirilməsi və readmissiya haqqında sazişin qüvvəyə minməsi məmnunluqla qeyd olunaraq, bu çərçivədə elm, təhsil, mədəniyyət, turizm və işgüzar sahədə qarşılıqlı təmasların artdığı vurğulanıb.
H.Salber Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında rolunu xüsusi qeyd edib.
Görüş əsnasında Ermənistan-Azərbaycan münaqişənin həlli istiqamətində aparılan danışıqlar prosesi ətrafında fikir mübadiləsi aparılıb.
E.Məmmədyarov Ermənistan tərəfindən məqsədyönlü şəkildə vəziyyəti gərginləşdirmək üçün təxribat əməllərinə əl atıldığını qeyd edərək, münaqişənin sülh yolu ilə həlli üçün ilk növbədə Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılmalı olduğunu qeyd edib.