YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ziyad Səmədzadə: Ölkənin maliyyə resurslarının formalaşması real sektorun inkişafı ilə bilavasitə bağlıdır

«Ümumiyyətlə, qlobal dünya iqtisadiyyatında risklərin artması demək olar ki, son illərdə tez-tez müşahidə olunur. Əsas məsələ odur ki, ölkəizdən asılı olmayan qlobal risklərə biz hazır olmalıyıq, qabaqlayıcı tədbirlər görməliyik». Bu fikirləri Milli Məclisin İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə deyib.

Z.Səmədzadə bildirib ki, neftin dünya siyasətinin tərkib hissəsi olması inkarolunmaz faktdır. Onun sözlərinə görə, harada neft varsa, orada böyük dövlətlərin marağı var, deməli böyük siyasət var.

«2015-ci ilin dövlət büdcəsində neftin qiyməti son illərin orta illik ixrac qiymətləri ilə müqayisədə aşağı olsa da, reallığı, dünya neft siyasətində baş verən prosesləri əks etdirir. Neftin qiymətində baş verən dəyişikliklər dövlətimizdən asılı olmayan, qlobal dünya siyasətində baş verən səbəblərlə bağlıdır. Azərbaycan dövləti dünya bazarında neftin qiymətinin aşağı düşməsi ilə bağlı yaranacaq itkiləri örtmək üçün kifayət qədər valyuta ehtiyatlarına və inkişaf imkanlarına malikdir. Nəzərə almalıyıq ki, ölkənin maliyyə resurslarının formalaşması real sektorun inkişafı ilə bilavasitə bağlıdır. Son illərdə fəaliyyət göstərən müəssisə, firma və şirkətlərin maliyyə vəziyyəti yaxşılaşıb ki, bunun nəticəsində də büdcə daxilolmaları üzrə tapşırıqların yerinə yetirilməsi təmin olunur»- deyə, komitə sədri vurğulayıb.