Xəbərlər
Hikmət Hacıyev: Mülki əhalinin raket atəşinə tutulması Ermənistan siyasi-hərbi rəhbərliyinin zəifliyini və panikada olduğunu göstərir

Ermənistan silahlı qüvvələri Azərbaycanın Gəncə, Bərdə, Beyləqan və digər şəhərlərinin insanların sıx məskunlaşdığı ərazilərini raket atəşinə tutur.
Bu barədə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev özünün “Twitter” hesabındakı paylaşımında bildirib.
Prezidentin köməkçisi qeyd edib ki, bu, barbarlıqdır, vandalizmdir, Ermənistan siyasi-hərbi rəhbərliyinin zəifliyini və panikada olduğunu göstərir.