YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Sənaye, tikinti və faydalı qazıntılar xərclərinə 10,7 faiz çox vəsait ayrılıb

Sənaye, tikinti və faydalı qazıntılar xərclərinə 2015-ci il dövlət büdcəsində 6951,6 milyon manat və ya 2014-cü illə müqayisədə 669,7 milyon manat və yaxud 10,7 faiz çox vəsait ayrılıb. Bu xərclər üçün ayrılan vəsaitin dövlət büdcəsi xərclərinin tərkibində xüsusi çəkisi 32,9 faizə çatacaq.
Bu bölmədən Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə dövlət şəhərsalma işlərinin norma və qaydaların tərtibi, rayon planlaşdırma sxemləri və layihələrin tərtibi, şəhər və digər yaşayış məntəqələrinin baş planlarının və müfəssəl planlaşdırma layihələrin tərtibi işlərini yerinə yetirmək üçün 1,8 milyon manat vəsait nəzərdə tutulub.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinə də bu bölmədən 7,5 milyon manat vəsait nəzərdə tutulub ki, bu da geoloji-kəşfiyyat işlərinin aparılması üçün istifadə olunacaq.
Bundan başqa, bu bölmədən Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyinə 9,2 milyon manat vəsait nəzərdə tutulub. Həmin vəsaitlər hesabına işğaldan azad edilmiş, habelə əvvəllər hərbi poliqon kimi istifadə olunmuş ərazilərin partlamamış hərbi sursat və minalardan təmizlənməsi işlərinin yerinə yetirilməsi üçün istifadə olunacaq.
Bölmənin xərclərindən, həmçinin dövlət əsaslı vəsait qoyuluşu (investisiya) xərcləri də maliyyələşdirilir. 2015-ci ildə bu xərclər 6930 milyon manat olmaqla dövlət investisiya proqramında nəzərdə tutulan layihələrin və tədbirlərin maliyyə təminatına yönəldiləcək.