YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Xəbərlər

Musa Quliyev: Azərbaycanda iqtisadi və sosial inkişaf təmin olunub

«2014-ü il Azərbaycan üçün uğurlu oldu. Dünyada baş verən həm iqtisadi, həm də siyasi böhran fonunda ölkəmiz sabitlik şəraitində inkişafını davam etdirdi». Bu fikirləri Milli Məclisin Sosial siyasət komitəsinin sədr müavini Musa Quliyev deyib.

M.Quliyev bildirib ki, ötən dövrdə Azərbaycanda iqtisadi və sosial inkişaf təmin olunub. Onun sözlərinə görə, ölkənin beynəlxalq aləmdə nüfuzunun yüksəlməsi də  cənab Prezidentin apardığı siyasətin doğruluğunu bir daha təsdiq edir.

«Qazanılan uğurlar Azərbaycan xalqı ilə Prezident İlham Əliyevin birliyinin nümunəsidir və bu amil bizə növbəti illərdə daha böyük uğurlar əldə etməyə yeni şanslar verir. Ötən il biz Azərbaycanın hərbi qüdrətinin də şahidi olduq. 2014-cü ildə həm də erməni qəsbkarlarının təxribatlarına Azərbaycan ordusunun layiqli cavabı ilə yadda qaldı. Bütün dünya Azərbaycan ordusunun gücünü, qüdrətini gördü. Eləcə də, dünyada büdcələrin, əməkhaqlarının, iş yerlərinin ixtisarı prosesinin getməsinə baxmayaraq, biz 2015-ci ilin dövlət büdcəsini 21 milyard manat olaraq təsdiq etdik. Bu yüksəlişin gələcəkdə də davam edəcəyinə inanırıq»- deyə, M.Quliyev vurğulayıb.

DİGƏR Xəbərlər Arxiv