YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Xəbərlər

“Fairmont Baku” mehmanxanası “Best Luxury Suite Hotel” mükafatına layiq görülüb

“Fairmont Baku” mehmanxanası “Dünya Lüks Otellər Mükafatı” təşkilatı tərəfindən “Best Luxury Suite Hotel” mükafatına layiq görülüb.
Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, “Dünya Lüks Otellər Mükafatı” dünya üzrə qonaqlara göstərilən xidmət səviyyəsinə görə otelləri mükafatlandıran nüfuzlu beynəlxalq təşkilatdır. Bu təşkilat yalnız lüks otel sektoru üzrə ixtisaslaşıb və turizm sənayesinin yalnız həmin sahəsi ilə bağlı təhlillər aparır.
“Dünya Lüks Otellər Mükafatı” turizm sahəsində fəaliyyət göstərən müəssisənin personalı tərəfindən əsasən keyfiyyətli müştəri xidmətinin davamlı olaraq yüksək səviyyədə saxlanılması baxımından vacibdir. Dünya üzrə hər hansı bir brend mehmanxana üçün müvafiq meyarlar üzrə sənədləri təqdim etmək və “Dünya Lüks Otellər Mükafatı” təşkilatının səsvermə prosesində iştirak etmək dünya turizm bazarında olduqca nüfuzlu bir hadisə sayılır. Yalnız lüks kateqoriyalı mehmanxana kompleksləri və kurortlar “Dünya Lüks Otellər Mükafatı”nda iştirak edə bilərlər.

DİGƏR Xəbərlər Arxiv