YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ukrayna vətəndaşı Prezidentə yazır: Azərbaycanın işğal olunmuş ərazilərinin erməni barbarlarından azad edilməsində biz də iştirak etməyə hazırıq

Razılığınız olarsa, Azərbaycanın işğal olunmuş ərazilərinin erməni barbarlarından azad edilməsində biz də könüllü kimi iştirak etməyə hazırıq.

Bu sözləri Ukraynanın Kropivnitski şəhərindən Qorovaya Natalya Vasilyevna Azərbaycan Prezidenti İlham Əliyevə yazdığı məktubda qeyd edib.

Məktubda deyilir: “Hörmətli Prezident, cənab Ali Baş Komandan, Ukrayna Azərbaycanlıları Konqresində tanışım var. Onun vasitəsilə Azərbaycanı və azərbaycanlıları daha yaxından tanımışam. Bu məktubu yazmağıma da əsas səbəb Azərbaycana və azərbaycanlılara olan məhəbbətimdir. Razılığınız olarsa, Azərbaycanın işğal olunmuş ərazilərinin erməni barbarlarından azad edilməsində biz də könüllü kimi iştirak etməyə hazırıq. Sizin əmrinizi gözləyirik və Azərbaycana gəlməyə hər zaman hazırıq. Biz Sizə güvənirik”.