YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Hikmət Hacıyev: Beynəlxalq ictimaiyyət Ermənistanı işğala son qoymağa çağırmalıdır

Azərbaycan Respublikasına qarşı 30 ildir ki, müharibə aparılır. Beynəlxalq ictimaiyyət Ermənistanı işğala son qoymağa çağırmalıdır.

Bu sözləri sentyabrın 28-də ölkəmizdəki diplomatik korpusun nümayəndələri üçün keçirilən brifinqdə Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.

Hikmət Hacıyev deyib: “Biz istəyirik ki, Ermənistan işğalçı mövqeyinə son qoysun. Bu, böyük Vətən müharibəsidir. Azərbaycan ərazisində hərbi vəziyyət elan olunub və bu gün də ölkədə qismən səfərbərlik elan edilib. Biz beynəlxalq hüquqdan istifadə edirik, amma Ermənistan silahlı qüvvələrində bunun əksini görürük. Biz belə məqamda dövlətlərin əsl mövqeyini görmək də istəyirik”.

Bəzi beynəlxalq təşkilatların rəhbərlərinin mövqelərinin qəbuledilməz olduğunu deyən Prezidentin köməkçisi qeyd edib ki, Amerika Dövlətləri Təşkilatının rəhbəri qurumdakı dövlətlərin mövqeyini nəzərə almadan qərəzli bəyanat verib. Frankofoniya Təşkilatının Baş katibinin mövqeyini də qəbul etmirik. Biz üzv dövlətlərə müraciət edirik ki, qurumların rəhbərləri üzv dövlətlərin mövqelərini nəzərə alsınlar”.