YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Milli Məclisin deputatı Azərbaycana qarşı ideoloji kampaniya ilə bağlı “The Washington Post” qəzetində mövqeyini bildirib

ABŞ-ın “The Washington Post” qəzetində Corctaun Universiteti nəzdində Diplomatiya Xidməti Məktəbinin professoru və “Azadlıq” radiosunun keçmiş başçısı Cefri Gedminin Azərbaycana qarşı qərəzli fikirlərinin yer aldığı məqaləsinə cavab olaraq Milli Məclisin deputatı, Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadənin həmin qəzetdə “Azərbaycana qarşı ideoloji kampaniya” sərlövhəli (http://www.washingtonpost.com/opinions/the-ideological-campaign-against-azerbaijan/2015/01/09/3a61465a-96a1-11e4-8385-866293322c2f_story.html) yazısı dərc edilib.
A.Mollazadə yazır ki, C.Gedmin regionun strateji reallıqlarına məhəl qoymur və Azərbaycan əleyhinə aparılan səmərəsiz ideoloji kampaniyanı təbliğ edir. Bu da regionda ABŞ-ın və onun müttəfiqlərinin milli mənafelərinə mənfi təsir göstərir.
Yazıda deyilir: “Təəssüf ki, “Azadlıq” radiosu əvvəlki obyektivlik prinsiplərindən əl çəkərək, ölkəmizin düşmənlərinin şəxsi maraqlarının ifadə olunması vasitəsinə çevrilib. “Azadlıq” radiosunun nüfuzunu məhz bu cür şəxsi hücumlar zəiflədib. Bunlar mənim ölkəmə lazım olan obyektiv tənqidə də yer qoymur. “Azadlıq” radiosunun standartlarının pisləşməsinə görə cənab Gedmin məsuliyyət daşıyır”.