YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Partiya xəbərləri

Yeni Azərbaycan Partiyasının rayon və şəhər təşkilatları sədrlərinin videokonfrans formatında ümumrespublika müşavirəsi keçirilib

Sentyabrın 19-da Yeni Azərbaycan Partiyasının  rayon və şəhər təşkilatları sədrlərinin videokonfrans formatında ümumrespublika müşavirəsi keçirilib.

Müşavirədə çıxış edən Baş nazirin müavini, YAP Sədrinin müavini-İcra katibi Əli Əhmədov Azərbaycan Prezidenti İlham Əliyevin həyata keçirdiyi siyasət və genişmiqyaslı islahatlar nəticəsində ölkəmizin qazandığı nailiyyətlərdən bəhs edib. O qeyd edib ki, ötən dövr ərzində aparılan islahatlar mühüm nəticələr verməkdədir.

Hazırda dünyanın koronavirus pandemiyasına qarşı mübarizəyə səfərbər olunduğunu deyən Əli Əhmədov söyləyib ki, bu istiqamətdə Azərbaycan dövləti və hökuməti sistemli tədbirlər həyata keçirir. Onun sözlərinə görə, görülən işlər Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın birbaşa nəzarətindədir. Ölkəmizin pandemiya ilə mübarizə çərçivəsində atdığı addımlar beynəlxalq miqyasda da təqdir olunur.

YAP Sədrinin müavini qeyd edib ki, Azərbaycanın beynəlxalq müstəvidə mövqelərinin möhkəmlənməsi işğalçı Ermənistanı ciddi narahat edir. Belə ki, işğalçı ölkənin və onun rəhbərliyinin təxribatçı hərəkətləri də bunu deməyə əsas verir. Əli Əhmədov  Azərbaycan Ordusunun hər zaman düşmənə layiqli cavab verməyə hazır olduğunu diqqətə çatdırıb. YAP Sədrinin müavini Azərbaycan xalqının Prezident İlham Əliyevin ətrafında sıx birləşdiyini, güclü birlik və həmrəylik nümayiş etdirdiyini vurğulayıb.

Müşavirədə partiyanın rayon və şəhər təşkilatlarının qarşısında duran vəzifələr müzakirə edilib, müvafiq tövsiyə və tapşırıqlar verilib.

 

DİGƏR Partiya xəbərləri Arxiv