YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Musa Quliyev: Azərbaycanın intibahı və tərəqqisində neft kontraktlarının rolu bu günümüzün və sabahımızın tarixi reallığıdır

“1990-cı illərin əvvəllərində müstəqilliyini yenicə elan etmiş Azərbaycan dövlətinin möhkəm iqtisadi təməllər üzərində dayanması, müstəqilliyini qoruyub saxlaması və inkişaf etdirməsi üçün siyasi tədbirlərlə yanaşı zəruri iqtisadi addımların atılmasına ciddi ehtiyac var idi. Azərbaycanın dövlət müstəqilliyinin qorunub saxlanılmasında, möhkəmlənməsində müasir Azərbaycan dövlətinin qurucusu və banisi Ümummilli Lider Heydər Əliyevin tarixi xidmətlərindən biri də, məhz, bütün maneələrə və çətinliklərə baxmayaraq “Əsrin müqaviləsi” sazişinin araya-ərsəyə gətirib həyata keçirməsi olmuşdur”. Bu fikirləri yap.org.az saytına Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri, YAP Siyasi Şurasının üzvü Musa Quliyev deyib.

Musa Quliyev bildirib ki, “Əsrin müqaviləsi”nin imzalanmasından keçən 26 il ərzində Azərbaycan dövləti sosial-iqtisadi inkişaf tempinə görə bir çox dövlətlərin yüz illərlə keçə bilmədiyi tərəqqi yolunu keçmişdir. Azərbaycanın intibahı və tərəqqisində neft kontraktlarının rolu bu günümüzün və sabahımızın tarixi reallığıdır.

Onun sözlərinə görə, əgər 1993-cü ildə adambaşına düşən ümumdaxili məhsul 180 manat təşkil edirdisə, bu göstərici 2003-cü ildə 872,7 manat, 2019-cu ildə isə 8247 manat təşkil etmişdir. Başqa sözlə, “Əsrin müqaviləsi”nin qüvvədə olduğu, Azərbaycan iqtisadiyyatına böyük dividentlər gətirdiyi 26 il ərzində ölkəmizin adambaşına ÜDM 45 dəfə artmışdır. Bu illər ərzində Azərbaycan yoxsul ölkələr siyahısından birdəfəlik çıxaraq orta gəlirləri yuxarı olan ölkələr sırasında ön pillədə qərarlaşmışdır. Hədəfimiz isə dünyanın inkişaf etmiş dövlətlərin səviyyəsinə yüksəlməkdir.

Komitə sədri qeyd edib ki, yoxsulluq 2003-cü ildəki 49%-dən, 2019-cu ildə 4,8-%-ə qədər azalmışdır. Əhalinin pul gəlirləri artaraq Azərbaycan vətəndaşlarının sosial rifahının ilbəil yüksəlməsini təmin etmişdir. Əgər 1993-cü ildə əhalinin pul gəlirləri 155 manat təşkil edirdisə, 2003-cü ildə o pul gəlirləri 700,7 manat, 2019-cu ildə isə 5758,6 manat təşkil etmişdir. Pul gəlirlərinin ilbəil artmasına rəğmən inflyasiya getdikcə azalmışdır. Faktlara müraciət edək: Əgər 1994-cü ildə inflyasiyanın səviyyəsi əvvəlki ilə nisbətən 1763,5% idisə bu göstərici 2019-cu ildə 3,7% təşkil etmişdir. “Əsrin müqaviləsi” təkcə neft sektorunun inkişafına yönələn bir layihə deyildir. Eyni zamanda, qeyri-neft sektorunun inkişafına da ciddi təkan vermiş mühüm hadisədir. Bütövlükdə iqtisadiyyatımızın inkişafı ölkədə işsizliyin minimuma endirilməsinə şərait yaratmış oldu. Əgər 1993-1994-cü illərdə əmək qabiliyyətli hər iki adamdan biri işsiz idisə, 2019-cu ildə işsizlik göstəricisi 4,8%-ə enmişdir. 2003-2019-cu illərdə Azərbaycanda işsiz əhalinin sayı 401min nəfərdən 251min nəfərədək və ya 37% azalmışdır. Təkcə 2004-2019-cu illərdə respublikamızda 2 mln 389 min 400 daimi iş yeri yaradılmışdır.

“Cənab Prezident İlham Əliyevin fərmanı ilə qəbul olunan və bu gün də uğurla icra edilən Regionların sosial-iqtisadi inkişafı üzrə 4 dövlət proqramı bütün regionlarımızın harmonik inkişafını təmin etdi. Regionlarda yol-işıq, qaz kimi problemlər köklü şəkildə həll olunmuş, müasir infrastruktur formalaşmış, əhalinin məşğulluq səviyyəsi artmışdır. Bu illər ərzində regionların inkişafına 70 mlrd manatdan çox vəsait yönəldilmiş, ölkə üzrə yeni açılan iş yerlərinin 75%-i regionların payına düşmüşdür. Neft müqavilələrinin uğurla həyata keçirilməsi, Azərbaycanın neft və karbohidrogen ehtiyatlarının əlverişli şərtlərlə dünya bazarlarına çıxarılması təhsil, səhiyyə, mədəniyyət, idman və s bağlı bir çox sosial layihələrin uğurla icra olunmasına şərait yaratmışdır. Bu illər ərzində 3600-dən çox məktəb binası, 700-dən artıq səhiyyə müəssisəsi tikilmiş və ya əsaslı təmir olunmuş, vətəndaşlarımızın keyfiyyətli təhsil və səhiyyə xidmətləri alması üçün hər cür şərait yaradılmışdır.

Şəhid ailələrinin, Qarabağ müharibəsi əlillərinin, müharibə veteranları və əlillərinin müalicəsi, sosial müdafiəsi, mənzil təminatı sahəsində böyük işlər görülmüş və onlara qayğı ilbəil artırılır.

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun humanistlik və xeyriyyəçilik fəaliyyəti ilbəil genişlənir, ehtiyacı olan daha çox insanı əhatə edir. Azərbaycanın sərhədlərini aşaraq dünyanın müxtəlif guşələrində ölkəmizin sülhsevər, xeyirxah obrazını daha parlaq şəkildə ifadə edir.

Ölkəmizin iqtisadi qüdrəti artdıqca aparılan sosial-iqtisadi islahatlar nəticəsində ölkə üzrə minimum əmək haqqı 2003-cü ildə 9,2 manatdan 2019-cu ildə 250 manata çatdırılmış və yaxud 27,8 dəfə artmışdır. Orta aylıq əmək haqqının məbləği 2003-cü ildəki 78,8 manatdan artaraq 2019-cu ildə 634,8 manat təşkil etmiş və yaxud 8,2 dəfə artmışdır. Bu rəqəm mədən sənayesi sektorunda 3600 manatdan yuxarı təşkil edir.

Bu illər ərzində vətəndaşların pensiya təminatı sahəsində ciddi uğurlar əldə etmişdir. Əgər pensiyanın minimum məbləği 1993-cü ildə 1,2 dollar, 2003-cü ildə 20,4 dollar təşkil edirdisə hazirda bu rəqəm 120 dollara yaxın, pensiyanın orta məbləği isə 1993-cü ildəki 16,9 dollardan hazırda 180 dollara qədər yüksəlmişdir”-deyə, komitə sədri vurğulayıb.