YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Qaradağ rayon təşkilatında yüksək bal toplayan gənclərlə görüş keçirilib

Yeni Azərbaycan Partiyası Qaradağ rayon təşkilatının təşəbbüsü ilə bu il ali məktəblərə keçirilən qəbul imtahanlarında yüksək nəticə göstərən gənclərlə görüş keçirilib. YAP Siyasi Şurasının üzvü, partiyanın İcra Katibliyinin təşkilat şöbəsinin müdiri, YAP Qaradağ rayon təşkilatının sədri, millət vəkili Aydın Hüseynov ilk öncə gəncləri təbrik edərək onlara yeni-yeni uğurlar arzulayıb. Ölkəmizdə təhsilə göstərilən dövlət qayğısını yüksək dəyərləndirən millət vəkili qeyd edib ki, Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi siyasətə uyğun olaraq Azərbaycanda təhsilin ikişafı prioritet istiqamətlərdən biri hesab olunur. Azərbaycan Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən təhsilə xüsusi diqqət göstərilir, müasir tələblərə uyğun olan yeni-yeni məktəblər tikilir, şagirdlərə, tələbələrə, müəllimlərə dövlət qayğısı artırılır, gənc mütəxəssislər məsul vəzifələrə təyin olunur. Məhz bu səbəbdən də Dünya Bankının son məlumatına görə, Azərbaycan səhiyyə və təhsil sahəsində ən çox irəliləyişə nail olmuş 10 ölkədən biridir.

Təşkilat sədri qeyd edib ki, dünyada pandemiya ilə əlaqədar yaranmış bir sıra çətinliklərə baxmayaraq, ölkəmizdə təhsil infrastrukturunun təkmilləşdirilməsi və təhsil sisteminin müasirləşdirilməsi istiqamətində davamlı tədbirlər həyata keçirilir: “Siz isə dövlətimizin təhsilə və tələbələrə olan qayğısından daha da faydalanaraq peşəkar kadr kimi formalaşmaqla respublikamızın və xalqımızın inkişafına dəyərli töhfələrinizi verməlisiniz. Bu müqəddəs yolda hər birinizə uğurlar arzulayıram”.

Valideynlərin və müəllimlərin də iştirak etdiyi görüşdə Aydın Hüseynov gənclərin qazandığı uğurlara görə onları da təbrik edərək hər birinə dərin təşəkkürünü bildirib.

Görüşdə çıxış edən gənclər ölkəmizdə gənc nəsil üçün yaradılan geniş və hərtərəfli şəraitə görə ölkə Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin təşəkkürlərini bildiriblər. Ölkəmizin ictimai-siyasi həyatında Yeni Azərbaycan Partiyasının rolunun son dərəcə böyük olduğunu qeyd edən gənclər dövlətin və partiyanın gənclərə göstərdiyi diqqətə təhsildə qazanacağı uğurlar və savadlı mütəxəssis olaraq vətənə layiqli xidmət edəcəkləri ilə cavab verəcəklərini söyləyiblər.

BOSŞELF MMC-nin insan resursları departamentinin rəisi Cavanşir Əliyev, YAP Qaradağ rayon təşkilatının Qadınlar Şurasının sədri Hicran Xəlilova, təşkilatın aparat rəhbəri Ramiz Yusubov, 274 saylı orta məktəbin direktoru Nəriman Mürsəliyev və başqaları gənclərə xoş arzularını çatdırıblar.

 Sonda gənclərə hədiyyələr təqdim olunub.