YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Kürdəmir rayon təşkilatı Gənclər Birliyinin təşəbbüsü ilə könüllü gənclər şəhid ailələrini ziyarət ediblər

Sentyabrın 9-da YAP Kürdəmir rayon təşkilatı Gənclər Birliyinin təşəbbüsü ilə bir qrup gənc könüllülər Kürdəmir rayonunda yaşayan, Vətən uğrunda canlarından keçən şəhidlərimizin ailələrini ziyarət ediblər.

Gənclər şəhid Yaşar Həkim oğlu Seyidovun və şəhid Mübariz Əliağa oğlu Seyidovun ailələrinə baş çəkib, onların gündəlik qayğıları, problemləri ilə yaxından maraqlanıblar. Gənclər bildiriblər ki, şəhidlərimiz kimi, onların ailələri, övladları da bizim üçün çox qiymətli və dəyərlidirlər. Şəhidlik zirvəsinə ucalan qəhrəmanların keçdikləri şərəfli ömür yolu gələcək nəsillərə örnəkdir.

Şəhid ailələrinin üzvləri göstərilən xüsusi diqqət, qayğı və dəstəyə görə minnətdarlıqlarını bildiriblər. Onlar hər zaman dövlətin qayğısı ilə əhatə olunduqlarını diqqətə çatdırıblar.