YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Qaradağ rayon təşkilatının Qaz Emalı zavodu ərazi ilk partiya təşkilatında yığıncaq keçirilib

Yeni Azərbaycan Partiyası Qaradağ rayon təşkilatının Qaz Emalı zavodu ərazi ilk partiya təşkilatında yığıncaq keçirilib. 

YAP Qaradağ rayon təşkilatının sədri, partiyanın Siyasi Şurasının üzvü, millət vəkili Aydın Hüseynov yığıncaqda çıxış edərək Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə COVID-19 pandemiyasına qarşı aparılan mübarizə tədbirlərindən, qəbul edilən qərarların müsbət nəticələrindən, əldə edilən uğurlardan, eləcə də rayon ərazisində bu xəstəliklə əlaqədar aparılan profilaktik və qabaqlayıcı tədbirlərdən danışıb.

A.Hüseynov deyib ki, rayonda pandemiya ilə mübarizədə ilk gündən YAP Qaradağ rayon təşkilatının fəalları, gənc könüllüləri yaxından iştirak ediblər, onların iştirakı ilə keçirilən bütün tədbirlər yüksək səviyyədə baş tutub.

Rayon təşkilatının sədri bildirdi ki, iyunun 12-də ermənilərin Tovuz istiqamətində törətdikləri təxribatın qarşısının alınmasında rəşadətli Azərbaycan Ordusunun göstərdiyi şücaət bütün qaradağlıları ruhlandırıb, hər bir kəsi Vətənimizin müdafiəsinə, torpaqlarımızın işğalçılardan azad olunmasına səfərbər edib: “Hər bir vətəndaş, o cümlədən YAP üzvləri istər pandemiyaya qarşı mübarizədə, istərsə də torpaqlarımızın azadlığı uğrunda mübarizə çərçivəsində Prezident İlham Əliyevin yürütdüyü daxili və xarici siyasəti birmənalı şəkildə dəstəkləyir”.

Tədbirdə əhali arasında maarifləndirmə və təbliğat işlərinin həyata keçirilməsinin vacibliyini vurğulayan A.Hüseynov qeyd etdi ki, Yeni Azərbaycan Partiyası Mərkəzi Aparatının bu istiqamətdə tövsiyə və tapşırıqlarının yüksək səviyyədə həyata keçirilməsi üçün mütəmadi olaraq işlər görülür.

Daha sonra tədbirdə gündəlikdə duran vəzifələr müzakirə olunub.

 

DİGƏR Xəbərlər Arxiv