YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Kamran Bayramov: Nikol Paşinyanın mövqeyi Ermənistanın sülh danışıqlarına hazır olmadığını göstərir

“Ermənistanın baş naziri Nikol Paşinyanın son vaxtlardakı mövqeyi bu ölkənin bir daha sülh danışıqlarına hazır olmadığını, bunu qətiyyən qəbul etmədiyini, əksinə Dağlıq Qarabağ münaqişəsi zonasında gərginliyin artırılması və işğalçılıq siyasətinin davam etdirilməsi məqsədini daşıdığını göstərir”. Bu fikirləri Milli Məclisin deputatı Kamran Bayramov deyib.

Kamran Byramov bildirib ki, Paşinyanın son zamanlar Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı diplomatik məğlubiyyətləri, onun son biabırçı müsahibələri cəmiyyətdə reytinqinin aşağı düşməsi ilə nəticələnib. Millət vəkilinin sözlərinə görə, Paşinyan bu vəziyyətdən çıxmaq, müəyyən dividendlər qazanmaq və eyni zamanda, erməni ordusunda hökm sürən ruh düşkünlüyünü aradan qaldırmaq üçün Qarabağa səfər edib, hərbi obyektlərdə olub, oradakı vəziyyətlə maraqlanıb, Tovuz istiqamətində Azərbaycanla sərhəd xəttində törədilmiş təxribatlarda "fərqlənmiş" hərbiçiləri mükafatlandırıb.

“Digər tərəfdən, bu səfər Ermənistanın işğalçılıq siyasətinin prioritetdə olduğunu, təxribatların davam edəcəyindən xəbər verir. Təsadüfi deyil ki, Ermənistanda "Müdafiə haqqında" qanuna edilən dəyişikliklərin ictimai müzakirəyə çıxarılması, Ermənistan ordusunun say tərkibinin mülki vətəndaşlar hesabına artırılması da bunun əyani sübutudur”-deyə, deputat qeyd edib.

DİGƏR Xəbərlər Arxiv