YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Məlahət İbrahimqızı: Anna Akopyan “sülhpərvər”obrazını, terrorçu Akopyan obrazı ilə əvəzləyib

“Ermənistanın baş naziri Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyan yenə də işğal olunmuş ərazilərimizə qanunsuz səfər edib. Bu dəfə o saxta sülh çağırışı ilə deyil, terrorçu obrazı ilə özünü nümayiş etdirib. Anna Akopyanın hərbi formada əlinə silah alaraq hərbi təlimdə iştirak edib. Bununla da, o “sülhpərvər” Akopyan obrazını terrorçu Akopyan obrazı ilə dəyişib”. Bu fikirləri yap.org.az saytına YAP Siyasi Şurasının üzvü, Milli Məclisin deputatı Məlahət İbrahimqızı deyib.

Məlahət İbrahimqızı bildirib ki, bir müddət öncə işğal olunmuş torpaqlarımıza səfər edən A.Akopyan “Qadınlar sülh naminə”  kampaniyası başladaraq sülhə çağırış edirdi. Əslində isə, onun gerçək məqsədi  bir QHT təmsilçisi kimi beynəlxalq donorlardan böyük məbləğdə qrant əldə etmək olub. Akopyanın o zaman “sülh” çağırışlarının da gerçək niyyəti bu idi.  

Millət vəkilinin sözərinə görə, A.Akopyan bugünlərdə  işğal altında olan  Qarabağda hərbi poliqonlardan birində döyüş təlimi keçməsi, erməni qızlarını buna cəlb etməsi, əlində silah səngərdən Azərbaycan kəndlərinin dinc sakinlərini hədəfə alması ilə erməni qadınlarının terrorçu obrazını yaradır: “Eyni zamanda, bu fakt həm də ona işarədir ki, Ermənistanda gənc oğlanlar hərbi xidmətdən yayınmaq üçün ölkəni tərk edir. Buna görə də, Akopyan libasını dəyişməklə erməni qızlarını orduda xidmətə cəlb etmək  üçün psixoloji hazırlıqlar görür”.

M.İbrahimqızı qeyd edib ki, erməni şovinizmi dəyişməz olaraq qalır: “Ermənistanda hakimiyyətə kimin gəlməsindən asılı olmayaraq bu belədir. Diqqət edin,  Paşinyan hakimiyyətə gəldikdən sonra keçmiş prezident Koçaryanı həbs etdirdi, həmçinin Sarkisyanın da yaxınları cinayət məsuliyyətinə cəlb olundu. Amma keçmiş və indiki hakimiyyət başçılarının bir birinə nifrət etməsi belə onların xislətini dəyişdirmir. Çünki işğalçı ölkənin strateji xətti vahiddir. Bu, bütövlükdə dünya erməniliyinin mövqeyidir ki, Azərbaycana qarşı işğalçılıq siyasəti davam etməlidir. Amma bu vəziyyət sonsuza qədər davam edə bilməz. Ermənilər  anlamalıdır ki, Azərbaycan gec-tez torpaqlarını işğaldan azad edəcək”.