YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının sədri Valentina Matviyenko Birinci vitse-prezident Mehriban Əliyevanı doğum günü münasibətilə təbrik edib

Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının sədri Valentina Matviyenko Azərbaycan Respublikasının Birinci vitse-prezidenti  Mehriban Əliyevanı doğum günü münasibətilə təbrik edib.

Təbrikdə deyilir: “Siz öz əzmkarlığınız, peşəkarlığınız və insanlarla işləmək bacarığınız, həssaslıq və xeyirxahlığınızla həm Azərbaycanda, həm də onun hüdudlarından kənarda hörmət qazanmısınız. İkitərəfli və beynəlxalq gündəliyin çox məsələlərini müzakirə etdiyimiz, onların həlli üçün ümumi yolları tapdığımız görüş və söhbətlərimizi həmişə xoş duyğularla xatırlayıram.

Aramızda yaranmış etimadı çox yüksək dəyərləndirirəm.

Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasında Sizin beynəlxalq münasibətlərin humanistləşdirilməsinə verdiyiniz əhəmiyyətli töhfənizi və bəşəri sosial-mədəni dəyərlərin qorunub saxlanılması və artırılmasında fəal iştirakınızı bilirlər. Sonrakı nəsillərimiz üçün sabit və təhlükəsiz gələcəyin qurulması naminə dünya qadın ictimaiyyətinin həmrəyliyinə yönəlmiş fəaliyyətinizi də yaxşı bilirik və yüksək dəyərləndiririk.

Mehriban xanım, Sizə səmimi qəlbdən möhkəm cansağlığı, gözəl əhval-ruhiyyə, ruh yüksəkliyi, sülh, xoş günlər və rifah arzulayıram. Qoy, dostlarınızın və həmkarlarınızın hörməti və dəstəyi, doğmalarınızın və yaxınlarınızın səmimiyyəti və sevgisi hər zaman həyatınızın bəzəyi olsun.

Sizi Rusiyada görməyə hər zaman şad olaram.

Sizə yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm”.