YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azər Badamov: Azərbaycanın təşəbbüsü və fəal iştirakı ilə reallaşdırılan layihələr əsasında Avrasiyanın enerji və nəqliyyat xəritəsi yenidən tərtib olunur

“Son 17 ildə ardıcıl şəkildə həyata keçirilən məqsədyönlü siyasət sayəsində güclü dövlətə çevrilən Azərbaycanın dünyada nüfuzu əhəmiyyətli dərəcədə artıb. Bu gün Azərbaycan beynəlxalq miqyasda özünün milli maraqlarını qətiyyətlə qoruyan ölkə kimi tanınır”. Bu fikirləri Milli Məclisin deputatı Azər Badamov deyib.

A.Badamov bildirib ki, respublikamız, eyni zamanda, xoş niyyət nümayiş etdirərək dünyada təhlükəsizliyə təhdid hallarının aradan qaldırılmasında fəal iştirak edir, həmçinin regional və qlobal əməkdaşlığın dərinləşməsinə sanballı töhfələr verir. Bu gün regionda Azərbaycanın iştirakı olmadan hər hansı bir irimiqyaslı layihənin həyata keçirilməsi mümkün deyil. Xüsusilə, indiyədək respublikamızın təşəbbüsləri və moderatorluğu ilə reallaşdırılmış enerji və nəqliyyat layihələri region dövlətləri arasında, bütövlükdə, Avrasiya məkanında inteqrasiyanın dərinləşməsi baxımından böyük əhəmiyyət daşıyır. Azərbaycanın təşəbbüsü və fəal iştirakı ilə reallaşdırılan layihələr əsasında Avrasiyanın enerji və nəqliyyat xəritəsi yenidən tərtib olunur.

“Azərbaycanın coğrafi mövqeyi Avropadan Asiyaya və əks istiqamətdə tranzit daşımaları üçün böyük üstünlüklər yaradır. Çox doğru olaraq istər Şərqdən Qərbə, istərsə də Şimaldan Cənuba gedən yolların ölkəmizdə kəsişməsi qlobal məkanda tranzit daşımaları üçün mühüm yenilik kimi dəyərləndirilir. Məlumdur ki, Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinin yaradılmasına 10-dan çox ölkə qoşulub. Ancaq bu ölkələrdən heç biri eyni zamanda hər iki dəhlizin yaradılmasında iştirak etmir. Azərbaycan isə yeganə ölkədir ki, həm Şərqdən Qərbə, həm də Şimaldan Cənuba doğru uzanan dəhlizlərin yaradılmasına və onların funksionallığının artırılmasına özünün sanballı töhfələrini verir”-deyə, deputat qeyd edib.

DİGƏR Xəbərlər Arxiv