YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Rusiyanın TASS informasiya agentliyinin baş direktoru Sergey Mixaylov Birinci vitse-prezidenti Mehriban Əliyevaya təbrik ünvanladı

Rusiyanın TASS informasiya agentliyinin baş direktoru Sergey Mixaylov Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevaya təbrik ünvanladı.

Təbrikdə deyilir: “Rusiyanın TASS informasiya agentliyinin kollektivi adından və şəxsən öz adımdan Sizi doğum gününüz münasibətilə ürəkdən təbrik edirəm.

Sizin böyük dövləti fəaliyyət təcrübəniz, fəal ictimai mövqeyiniz və təbiətən Sizə xas olan nəcib keyfiyyətlər Azərbaycan və Rusiya xalqları arasında mədəni və mənəvi əlaqələrin möhkəmləndirilməsinə sanballı töhfə verir.

Sizə xas olan müdrikliyi, intellekti tamamlayan böyük insani qüvvə və ləyaqət ən müxtəlif istiqamətlərdə sivilizasiyalararası dialoqun inkişafına imkan yaradır. Siz öz fəaliyyətinizdə həmişə əxlaq, şəfqət və mənəviyyat kimi sarsılmaz həqiqətlərə əsaslanır, milli ənənələrin qorunub saxlanmasına böyük diqqət yetirirsiniz.

Həyatınızın bu əlamətdar günündə Sizə və yaxınlarınıza tükənməz nikbinlik, harmoniya, sülh, xoş günlər və yeni nailiyyətlər arzu edirəm”.