YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Ağdaş rayon təşkilatında rayon gəncləri ilə onlayn görüş keçirilib

Yeni Azərbaycan Partiyası Ağdaş rayon təşkilatında rayon gəncləri ilə onlayn görüş keçirilib. Görüşü YAP Ağdaş rayon təşkilatının sədri, millət vəkili Cavid Osmanov açaraq ölkəmizdə həyata keçirilən dövlət gənclər siyasətindən bəhs edib, Azərbaycan Prezidenti cənab İlham Əliyevin gənclərə göstərdiyi xüsusi diqqət və qayğının hər zaman yüksək səviyyədə olduğunu bildirib. O qeyd edib ki, dövlət gənclər siyasətinin əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulub və bu siyasət hazırda dövlətimizin başçısı tərəfindən uğurla davam etdirilir.

Təşkilat sədrinin sözlərinə görə, ölkəmizdə gənclər hər zaman dövlət qayğısının mərkəzində yer alırlar: “Azərbaycan gənclərinin inkişafı ilə bağlı indiyə kimi bır sıra dövlət proqramları icra olunub. Hazırda isə 2015-2025-ci illəri əhatə edən Azərbaycan gəncliyinin inkişaf Strategiyası həyata keçirilir. Qeyd edim ki, gənclər dövlət proqramlarının yaratdığı imkanlardan geniş bəhrələnirlər. Bu mühüm və çoxşaxəli proqramlarda vətənpərvərlik, Azərbaycançılıq məfkurəsi, gənclərin beynəlxalq inteqrasiyası və dünyagörüşünün artırılması və sair məsələlər xüsusilə diqqət mərkəzində saxlanılır”.

Görüşdə C.Osmanov həmçinin, Azərbaycan gənclərinin vətənpərvərlik ruhunun çox yüksək olduğunu qeyd edib və bildirib ki, iyul ayında Tovuz döyüşləri zamanı bu faktın bir daha şahidi olduq. Onun sözlərinə görə, həmin hadisələr zamanı bütün xalqımız, o cümlədən gənclər ordumuzla, Ali Baş Komandanımızla sız birlik nümayiş etdirdilər.

Hazırda bütün dünyanın koronavirus pandemiyası ilə mübarizəyə səfərbər olunduğunu deyən millət vəkili ölkəmizdə Prezident İlham Əliyevin rəhbərliyi ilə koronavirus infeksiyasının yayılmasının qarşısını almaq üçün ciddi mübarizə aparılır: “Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın vətəndaşların sağlamlığını xüsusi diqqət mərkəzində saxlaması, pandemiya şəraitində sosial dəstək tədbirləri və digər addımlar göstərir ki, Azərbaycan dövləti və hökuməti pandemiya ilə mübarizədə bütün mümkün tədbirləri həyata keçirir.

Görüşdə pandemiya ilə mübarizədə gənclərin xüsusilə fəal rol oynadığı qeyd edilib. Bildirilib ki, pandemiya dövrünün ən vacib elementinə çevrilən könüllülərin fəaliyyəti sosial müdafiəyə xüsusi ehtiyacı olan insanlara dövlət qayğısının necə gerçəkləşdirildiyini əyani şəkildə göstərdi. Bir daha şahidi olduq ki, könüllülər hərəkatı koronavirusla mübarizədə həkimlərlə, polislərlə, digər mühüm sektorlarda çalışanlarla çiyin-çiyinə duraraq, cəmiyyətimiz üçün nə qədər əhəmiyyətli olduğunu sübut etdi. Pandemiya ilə mübarizədə könüllülərin önə keçməsi gənc nəsil üçün böyük bir təcrübə məktəbidir.

Qeyd olunub ki, gənc könüllülər xüsusilə əhalinin xəstəliklə bağlı maarifləndirilməsində, qayğıya ehtiyacı olan insanlara sosial xidmətlərin yerinə yetirilməsində, hazırlanmış sosial yardım paketlərinin aztəminatlı ailələrə çatdırılmasında iştirak edib, “Böyüklərimizi qoruyaq” və “Biz birlikdə güclüyük” şüarları ilə keçirilən aksiyalarda 65 yaşdan yuxarı tənha insanların zəruri ehtiyaclarının qarşılanmasında köməklik göstərib, vətəndaşlara tibbi ləvazimatların, gigiyenik və metodiki vasitələrin paylanmasında yaxından iştirak ediblər.

Diskussiya şəraitində keçən görüşdə gəncləri maraqlandıran suallar cavablandırılıb.