YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Prezident İlham Əliyev Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun rektoru akademik Anatoli Torkunova təbrik ünvanlayıb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun (Universitetinin) rektoru akademik Anatoli Torkunova təbrik ünvanlayıb.

Təbrikdə deyilir: “Sizi 70 illik yubileyiniz münasibətilə ürəkdən təbrik edirəm. Sizə möhkəm cansağlığı, xoşbəxtlik və firavanlıq diləklərimi qəbul edin.

Siz uzun müddətdir ki, Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutuna uğurla rəhbərlik edirsiniz. Sizin səyləriniz sayəsində MDBMİ haqlı olaraq dünya miqyasında ən nüfuzlu və prestijli ali məktəblərdən biri sayılır.

Siz böyük alim, pedaqoq və istedadlı təşkilatçı kimi, öz ölkələrini beynəlxalq arenada ləyaqətlə təmsil edən yüksək ixtisaslı dövlət və ictimai xadimlər, diplomatlar, jurnalistlər, hüquqşünaslar hazırlanmasına çox dəyərli töhfə verirsiniz.

Hörmətli Anatoli Vasilyeviç, Sizi yubileyiniz münasibətilə bir daha təbrik edir, Sizə uzun ömür, yeni nailiyyətlər diləyir, ən xoş arzularımı bildirirəm”.