YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Prezident İlham Əliyev: Azərbaycanda bu ilin 7 ayında iqtisadi vəziyyət qənaətbəxşdir

Prezident İlham Əliyev “Qobu” Elektrik Stansiyasının təməlqoyma mərasimindən sonra energetiklərlə görüşündə ölkəmizdə sənaye istehsalının artmaqda olduğunu, hətta bu il qeyri-neft sektorunda sənayenin artdığını bildirib.

Dövlətimizin başçısı pandemiyanın demək olar bütün ölkələrin iqtisadiyyatına mənfi təsir göstərməsinə, hətta bəzi inkişaf etmiş ölkələrdə iqtisadi tənəzzülün 10-15-20 faiz səviyyəsində olmasına baxmayaraq, Azərbaycanda bu ilin 7 ayında iqtisadi vəziyyətin qənaətbəxş olduğunu, iqtisadiyyatın cəmi 2,8 faiz azaldığını söyləyib. “Ancaq bunu da nəzərə almalıyıq ki, neftin qiyməti düşüb və bu, bizim iqtisadi inkişafımıza mənfi təsir göstərir. Eyni zamanda, OPEC+ razılaşması nəticəsində hasilatımız da bir qədər azalıb. Ancaq sənaye sahəsində, o cümlədən qeyri-neft sənayesi sahəsində artım var və bu artım bu ilin 7 ayında 13 faizdir. Bax, budur, bugünkü Azərbaycan reallıqları. Bu, bir daha onu deməyə əsas verir ki, bundan sonra da elektrik stansiyalarının tikintisi və mövcud stansiyaların istismar müddətinin uzadılması istiqamətində əlavə addımlar atılmalıdır. Biz öz enerji potensialımızdan maksimum istifadə edirik və etməliyik”, - deyə Prezident qeyd edib.