YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ermənistan tərəfi bilməlidir ki, Azərbaycan öz torpaqlarının işğalı ilə heç zaman barışmayacaq

“Ermənistan tərəfi hər zaman təxribatçı mövqeyi ilə Dağlıq Qarabağ probleminin həllini uzatmağa, status-kvonu saxlamağa çalışıb. Eyni zamanda, bu ölkənin indiki və keçmiş hakimiyyət nümayəndələri münaqişənin yaranma səbəbləri, baş verən toqquşmalar, döyüşlər barədə yanlış fikirlər səsləndirirlər”. Bu fikirləri Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini, YAP-ın Beynəlxalq əlaqələr şöbəsinin müdiri Sevinc Fətəliyeva deyib.

Sevinc Fətəliyeva bildirib ki, Ermənistanın keçmiş prezidenti Serj Sarqsyanın Aprel döyüşləri ilə bağlı açıqlamaları da bu qəbildəndir. Onun sözlərinə görə, S.Sarqsyan Azərbaycan torpaqlarının işğalında və dinc insanlarn qətlə yetirilməsində, Xocalı soyqrımının törədilməsində birbaşa iştirak edib: “Mətbuat konfransında onun Azərbaycanın ünvanına dedikləri yalandan başqa bir şey deyil. Məlumdur ki, məhz Ermənistanın hərbi birləşmələrində hərbi xidmətə çağırışçı və səfərbərlik ehtiyatlarının çatışmazlığı səbəbindən xarici ölkələrdən gətirilən muzdluların istifadə edilməsi praktikası geniş tətbiq olunur. Bu barədə indiyə qədər çoxsaylı faktlar açıqlanıb. Aprel döyüşləri isə Azərbaycan Ordusunun gücünü gücünü göstərdi, eyni zamanda erməni ordusunun nə qədər zəif olduğunu isbat etdi. Məhz həmin döyüşlərdən sonra o vaxt prezident postunda olan Sarqsyan Müdafiə Nazirliyinin rəhbərliyini istefaya göndərdi”.

Millət vəkilinin fikrincə, əslində S.Sarqsyanın mətbuat konfransı keçirirərk özünə bəraət qazanmaq üçün cəfəng fikirlər səsləndirməsi təəccüblü görünməməlidir. Çünki həm Ermənistan həmin döyüşlərdəki məğlubiyyətinin acısını, təsirini hələ də yaşayır. Digər tərəfdən isə Ermənistanda parlament komissiyasının həmin döyüşlərdəki  uğursuzluqların səbəb və səbəbkarlarını müəyyən edərək onlara ağır cəza vermək çağırışı S.Sarqsyanı belə bir addım atmağa məcbur edib. S.Sarqsyanın səsləndirdiyi yalan fikirlər yəqin ki, onun öz tərəfdaşları, erməni ictimaiyyəti qarşısında itən nüfuzunu bərpa etməyə, xüsusilə də parlament komissiyasının qəbul edəcəyi qərarlara təsir etməyə yönələn uğursuz cəhddir. Çünki indiki hakimiyyət Sarqsyan hakimiyyətində təmsil olunmuş bir sıra vəzifəli şəxsləri müxtəlif ittihamlarla həbs edib. Sarqsyanı da belə təhlükə gözlədiyindən bu cür yalanlar söyləməyə məcbur olub.

“Bütün hallarda Ermənistan tərəfi bilməlidir ki, Azərbaycan öz torpaqlarının işğalı ilə heç zaman barışmayacaq.  Bu gün Azərbaycan Silahlı Qüvvələri dünyanın ən güclü 50 ordusu sırasındadır. Ordumuz, bütövlükdə xalqımız, hər bir vətəndaş vətənpərlik ruhunda köklənib. Xalqımız, dövlətimiz  gec-tez öz torpaqlarını işğalçılardan azad edəcək”-deyə, deputat vurğulayıb.