YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ramin Məmmədov: YAP gəncləri onlayn platformada aktivliyi ilə seçilir

“Koronavirus pandemiyası ilə mübarizə dövrü müəyyən məhdudiyyətlərlə bərabər yeni fürsətlərlə yadda qalır. Bu dövrdə Yeni Azərbaycan Partiyası, o cümlədən partiyanın Gənclər Birliyinin müxtəlif onlayn konfranslar təşkil etməsi, ümumən onlayn platformada akvtivlik nümayiş etdirməsi ona dəlalət edir ki, partiyadaxili işlək mexanizmlər öz əməli, effektiv fəaliyyətini davam etdirməkdədir”.
Bu fikirləri “Yeni Tv”-nin “Real Mənzərə” verilişində Milli Məclisin deputatı, YAP Gənclər Birliyinin sədr müavini Ramin Məmmədov deyib.
O qeyd edib ki, bu il ilk dəfə partiya gənclərinin "Onlayn yay düşərgəsi" təşkil edilib: “17 gün davam edən "Onlayn yay düşərgəsi"ndə 200-dən artıq gəncimiz iştirak edib. "Onlayn yay düşərgəsi"ndə 10-dan artıq qonağımız olub. Mühazirəçi rolunda iştirak edən dövlət xadimləri, partiyamızın rəhbərliyi, müxtəlif dövlət strukturlarının rəhbərləri gənclərlə ünsiyyətdən həm özləri üçün bir zövq almaq, müəyyən gənclərimizi müxtəlif prizmadan tanımaq imkanı əldə ediblər. Eyni zamanda həm pandemiya dövrü, həm də fərdi inkişafla bağlı çox fərqli ünsiyyət təsis olundu”. 
R.Məmmədov qeyd edib ki, daim aktivliyi ilə seçilən onlayn düşərgə iştirakçılarına elektron versiyada sertifikatlar göndərilib.