YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Tahir Mirkişili: Xidmət sahələri və ticarət mərkəzləri yaxın vaxtlarda açılacaq

“Artıq koronavirusa yoluxanların və sağalanların sayı arasındakı fərqə baxdıqda görürük ki, yaxşı nəticələr əldə edilir. Bu da müəyyən sahələrdə yumuşaldılma tədbirlərinin olacağını deməyə əsas verir”.
Bu fikirləri Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili Yeni Tv-nin efirində deyib.
T.Mirkişili bildirib ki, mərhələ-mərhələ xidmət sahələri, ticarət mərkəzləri açılacaq: “Pandemiyanın yaratdığı şəraitdə proqnoz vermək çox çətindir. Dövlətin vətəndaşların bu şəraitdən daha az zərərlə çıxması üçün gördüyü işlər avqustda da davam etdiriləcək. Karantin dövrü ərzində iqtisadi tərəfdən qapadılma daha çox büdcəyə və insanların yorulmasına təsir edir. Əslində insanların sağlamlığının qorunması üçün dövlət bu vəziyyətdə iqtisadiyyatı arxa plana ataraq vətəndaşın sağlamlığını ön plana çəkir. Çünki insan sağlamlığı daha önəmlidir. Dövlət başçısının da dediyi kimi siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Karantin dövründə müəyyən yumuşaldılma tədbirləri oldu. Amma bu zaman yoluxma hallarında artım müşahidə edildi. Buna görə də karantin rejimi yenidən sərtləşdirildi. Vətəndaşlar qaydalara nə qədər daha ciddi şəkildə riayət etsə, biz bu xəstəliklə mübarizədən bir o qədər tez çıxaraq, normal həyat tərzimizə dönə biləcəyik”.  
Komitə sədri 3 gündür davam edən və bu gün başa çatan Milli Məclisin növbədənkənar sessiya çərçəivəsində 3-cü oxunuşda qəbul edilən 2020-ci il “Dövlət büdcəsi haqqında” qanun layihəsinə dəyişikliklər barədə də danışıb. Bildirib ki, dünya dövlətləri də 2020-ci il büdcələrinə yenidən baxıb: “2019 cu ildə qəbul olunan dövlət büdcəsi o zamana uyğun idi. Planlaşma məlum səbəblərdən düşündüyümüz kimi irəliləmədiyi üçün büdcəyə yenidən baxmaq zərurəti yarandı. Bu ilin 6 ayının yekunları göstərdi ki, ümumdaxili məhsul 2.7 faiz azalıb. Növbəti 6 ayın yekununda daha çox iqtisadiyyatın zəifləməsi baş verəcək. Elə buna görə də dövlət büdcəsinə yenidən baxıldı. Məqsəd vətəndaşın bu dəyişiklikləri hiss etməməsinə hesablanıb”. 
T.Mirkişili bildirib ki, pandemiya, neftin qiymətinin düşməsi, ölkə ərazisində müşahidə olunan quraqlıq, ermənilərin iyulda cəbhədəki təxribatı - Azərbaycan bütün bunlarla eyni zamanda mübarizə aparmalı oldu: “Bu mühüm istiqamətlərdə mübarizə aparılması üçün böhran büdcəsi lazım idi. Büdcənin dəyişməsi qərarı əhalinin rifahının, sosial təminatının yaxşılaşmasına xidmət edir. İnanırıq ki, bu büdcə ilə dah