YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Dünya Turizm Təşkilatı FITUR beynəlxalq sərgisi çərçivəsində silsilə tədbirlər keçirəcək

Yanvarın 28-dən fevralın 1-dək Madriddə FITUR beynəlxalq turizm sərgisi təşkil olunacaq. Sərgi çərçivəsində Dünya Turizm Təşkilatının (DTT) silsilə tədbirlərinin keçirilməsi nəzərdə tutulub.
Azərbaycanı FITUR beynəlxalq sərgisində Mədəniyyət və Turizm Nazirliyi təmsil edəcək.
Sərginin birinci günündə DTT-nin XI “Mükəmməllik və yenilik” mükafatının təqdimat mərasimi olacaq. Silsilə tədbirlərə DTT-nin birinci alış-veriş turizm konfransı, qoşulmuş üzvlər şurasının 39-cu iclası, DTT-nin birgə təşkilatçılığı ilə Afrika üzrə VI turizm investisiya və biznes forumu, Afrika və Orta Şərq ölkələrinin turizm nazirlərinin görüşü, turizm xidmətlərində hamı üçün texnologiya və digər tədbirlər daxildir.
Turizm sektorunda davamlı tələbat və istehsal məsələlərinə dair milli və beynəlxalq təşəbbüsləri əhatə edən “FITUR GREEN 2015” nəşri yanvarın 28-dən 30-dək “dəyirmi masa”lar, təqdimatlar və seminarlar formatında təqdim olunacaq.
Bu il FITUR fəaliyyətinin 35 illiyini qeyd edir.