YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

"Onlayn yay düşərgəsi" layihəsi gənclər tərəfindən böyük maraqla qarşılanır

      Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin təşkil etdiyi "Onlayn yay düşərgəsi" layihəsi işini uğurla davam etdirir. Ötən dörd videokonfrans formatında keçən onlayn düşərgədə Milli Məclisin bir neçə deputatının iştirakı ilə müxtəlif mövzularda seminarlar keçirilib, fikir mübadiləsi aparılıb. Bu gün keçirilən seminarda Qhtxeber.az saytının baş redaktoru, təlimçi Sənan Nəcəfov iştirak edib.

      Videofonfrans formatında keçən  "Onlayn yay düşərgəsi"ni giriş sözü ilə açan  Yeni Azərbaycan Partiyası Gənclər Birliyi Ofisinin rəhbəri Elmar Məmmədov iştirakçıları salamlamış,  ilk dəfə olaraq onlayn formada keçirilən yay məktəbinin əsas məqsədinin gənclərin asudə vaxtlarının mənalı və səmərəli keçməsi, müxtəlif proqramların öyrənilməsini təmin etmək olduğunu diqqətə çatdırmışdır. Ölkəmizdə uğurla həyata keçirilən dövlət gənclər siyasətinin tərkib hissəsi olan bu layihə gənclərin siyasi biliklərinin, intellektual səviyyələrinin artmasında da olduqca mühüm rol oynayır. Onun sözlərinə görə, "Onlayn yay düşərgəsi" gənc fəallar üçün həm təcrübə, həm də bilik mənbəyidir.

      Daha sonra təlimçi Sənən Nəcəfov "Gənclərin fərdi inkişaf modelləri" mövzusunda gənclərin inkişafı, motivasiyası, karyera planlamaları və dünyagörüşlərinin artırılması kimi vacib mövzulara toxunaraq seminar iştirakçıları ilə öz təcrübələrini bölüşüb. Vaxtın idarə olunması və yaddaş texnikası mövzusuna toxunan Sənan Nəcəfov vaxtın necə idarə olunmasından və necə dəyərləndirilməli olduğundan bəhs edib. Natiq eyni zamanda gənclərin kütlə qarşısında çıxışı, bədən dili və sifət quruluşu ilə xarakterin müəyyən edilməsi (fizionomika), NLP haqqında məlumat, fərdi inkişaf, işə düzəlmə və intervüyə hazırlıq və digər mövzular haqqında gənclərə praktiki məlumatlar verib.

      Sonda Sənan Nəcəfov gənclərə müraciət edərək, onlar üçün yaradılmış bu diqqət və qayğıdan bəhrələnərək öz potensiallarını ortaya qoymalı, Azərbaycanın daha da qüdrətlənməsinə, möhkəmlənməsinə töhfə verməli olduqlarını bildirmişdi.

      Videokonfrans formatında baş tutan seminarda 200-ə yaxın gənc iştirak etmiş, gəncləri maraqlandıran suallar cavablandırılmışdır.

      Qeyd edək ki, layihə çərçivəsində müxtəlif mövzularda məruzələr dinləniləcək.