YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Qobustan rayon təşkilatının Gənclər Birliyi “Hər birimiz bir əsgərik” adlı videokonfrans formatında tədbir keçirib

Yeni Azərbaycan Partiyasının Qobustan rayon təşkilatının  Gənclər Birliyi “Hər birimiz bir əsgərik” adlı videokonfrans formatında tədbir keçirib.

Tədbirdə çıxış edən YAP Qobustan rayon təşkilatının sədri Füzuli Gülaliyev ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyevin səyləri nəticəsində Azərbaycan Silahlı Qüvvələrinin öz inkişafının yeni mərhələsinə qədəm qoyduğunu diqqətə çatdırıb. Onun sözlərinə görə, hazırda dünya çox çətin dönəm yaşayır. Koronavirus pandemiyasının geniş coğrafiyada yayılaraq bütün bəşəriyyətin bəlasına çevrildiyi bir zamanda mənfur düşmən öz işğalçılıq ənənələrinə sadiq qalaraq Tovuz rayonu istiqamətində sərhəd xəttində təxribat törədib. Bununla da, Ermənistan tərəfi süni gərginlik yaradaraq yenə də qeyri - konstruktivlikdən əl çəkməyəcəyini göstərmiş oldu. Tovuz rayonu istiqamətində gedən döyüşlər bunu deməyə əsas verir ki, bu gün Silahlı Qüvvələrimiz qarşısında dayanmış istənilən vəzifəni yerinə yetirmək iqtidarındadır.

Onlayn tədbirdə YAP Qobustan rayon təşkilatı Gənclər Birliyinin sədri Amid Astanov və digər gənclər çıxış edərək ordu sıralarına qoşulmaq üçün müvafiq qurumlara könüllü şəkildə müraciət etdiklərini qeyd ediblər.