YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Sevda Abdullayeva: Hazırda Azərbaycan qüdrətli dövlət kimi özünün təhlükəsizliyini və müdafiəsini təmin etmək qabiliyətinə malik olan güclü Silahlı Qüvvələrə malikdir

“Artıq illərdir ki, Ermənistan hakimiyyəti  ölkə daxilində baş verənləri müxtəlif təxribatlar, yalan məlumatlarla gizlətməyə, beynəlxalq və yerli ictimaiyyəti çaşdırmağa çalışır. İşğalçı ölkənin Tovuz rayonu istiqamətində dövlət sərhədlərimizə qarşı həyata keçirdiyi təxribat da Ermənistan hakimiyyətinin öz səriştəsiz idarəçiliyi nəticəsində yaranan problemləri gündəmdən çıxartmağa hesablanan növbəti cəhdi idi”. Bu fikirləri YAP Nizami rayon təşkilatının Qadınlar Şurasının sədri Sevda Abdullayeva deyib.

Hazırda Qafqazda ən acınacaqlı vəziyyətin Ermənistanda olduğunu deyən Şura sədri bildirib ki, dərin siyasi böhran, ağır sosial-iqtisadi şəraitini gizlətmək üçün terrora əl atmaqdan çəkinməyən işğalçı ölkə öz addımı ilə faşist xislətini bir daha göstərmiş oldu: “Azərbaycanla sərhədlərdə törədilən bütün təxribatların məsuliyyəti tam şəkildə Ermənistan rejiminin üzərindədir. İndiki Ermənistan rejimi həm Azərbaycanla danışıqlara pozuculuq münasibətində, həm də ölkənin strateji təhlükəsizlik sənədlərinin hazırlanmasında regional sülhə heç bir töhfə vermək istəmədiyini açıq göstərir”.

S. Abdullayeva söyləyib ki, lakin Azərbaycan Ordusu Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində işğalçı ölkənin silahlı qüvvələrinin törətdikləri təxribat nəticəsində baş verən döyüşlərdə bir daha öz gücünü, qüdrətini nümayiş etdirərək, düşmənin ağır hərbi texnikaları, istehkamları, müdafiə qurğularını darmadağın etdi: “Ermənistan bir daha gördü ki, onun Azərbaycanla açıq döyüşdə qələbə qazanması qeyri-mümkündür. Hazırda Azərbaycan qüdrətli dövlət kimi özünün təhlükəsizliyini və müdafiəsini təmin etmək qabiliyyətinə malik olan güclü Silahlı Qüvvələrə malikdir. Möhkəm nizam-intizamı, yüksək döyüş ruhu ilə seçilən Azərbaycan Ordusunun qələbələri xalqımızda böyük qurur hissi doğurur”.

YAP Nizami rayon təşkilatının Qadınlar Şurasının sədri vurğulayıb ki, ölkəmizin müstəqilliyi və suverenliyinin möhkəmlənməsi, ərazi bütövlüyünün bərpa olunması istiqamətində Prezident İlham Əliyevin apardığı siyasətlə xalqımızın həmrəy olması real həyatda dəfələrlə öz təsdiqini tapıb: “2016-cı ilin Aprel döyüşləri, 2018-ci ilin may ayında “Günnüt” zəfəri və 2020-ci ilin iyul döyüşləri bir daha Milli Ordumuzun gücünü, Azərbaycanda xalqla dövlət arasındakı birliyin möhkəmliyini və sağlam əsaslara söykəndiyini sübut etdi”.

Sevda Abdullayeva əlavə edib ki, Ermənistan tərəfindən başladılan hərbi təxribat beynəlxalq ictimaiyyət tərəfindən də narahatlıqla qarşılanaraq, qətiyyətlə pisləndi: “Türkiyə, Pakistan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Ukrayna kimi dövlətlər, bəzi ölkələrin qanunvericilik orqanları, rəsmi nümayəndələr Azərbaycanın yanında olduğunu, Ermənistanın Azərbaycanla sərhəddə təxribatlar törətməyə başlamasını qətiyyətlə pislədilər. Bununla yanaşı, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası, İslam Əməkdaşlıq Təşkilatı, GUAM və digər beynəlxalq təşkilatlarErmənistanın Azərbaycanın mülki əhalisini atəşə tutmasından narahatlıqlarını bildirərək, birmənalı olaraq Azərbaycanı dəstəklədilər. Bu fakt Azərbaycanın dünyada mövqelərinin dinamik güclənməkdə olduğunu bir daha sübut etdi”.