YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Partiya xəbərləri

YAP Gənclər Birliyinin təşkil etdiyi online yay düşərgəsi öz işini davam etdirir

YAP Gənclər Birliyinin birgə təşkil etdiyi ilk dəfə olaraq online formatda keçən yay düşərgəsi öz işini uğurla davam etdirir.

İyulun 21-də yay düşərgəsinin növbəti videokonfrans formatında seminarı baş tutmuşdur.

Videokonfransın moderatoru Milli Məclisin deputatı, YAP Gənclər Birliyinin sədr müavini Ramin Məmmədov yay düşərgəsinin iştirakçılarını salamlamış, bugünki mövzunu gənclərin diqqətinə çatdırmışdır.

Videokonfransda Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri, Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin üzvü Bahar Muradova bu tipdə yay düşərgəsinin keçirilməsini müsbət hal hesab etdiyini söyləmiş, “Heydər Əliyev və Azərbaycançılıq məfkurəsi” mövzunda mühazirə demişdir. O, Ümummilli Lider Heydər Əliyevin hakimiyyətdə istər birinci, istərsə də ikinci qayıdışı dövründə Azərbaycanın müstəqilliyi, suverenliyi, rifahı və ən əsası Azərbaycançılıq ideologiyasının formalaşması istiqamətində xeyli sayda köklü işlərin görüldüyünü vurğulamışdır. Ana dilimizin qorunması, vətənçilik, azərbaycançılıq terminlərinin yaranmasının, məhz, Ulu Öndərin adı ilə bağlı olduğunu qeyd etmişdir.

Videokonfrans formatında baş tutan seminarda 200-ə yaxın gənc iştirak etmişdir. Yay düşərgəsinin iştirakçıları Ələkbər Mirzəyev, Ənvər Haqverdiyev, Aygün Kazımova, Laçın Hüseynov, Aysel Tahirova, Elvin İmaməliyev və digər gənclər mövzu ətrafnda suallar ünvanlamışlar.  

Qeyd edək ki, yay düşərgəsi iyul ayının 31-nə qədər davam edəcəkdir.

 

DİGƏR Partiya xəbərləri Arxiv