YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Polkovnik Vaqif Dərgahlı: Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində vəziyyət sabit gərgin olaraq qalır

Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində vəziyyət sabit gərgin olaraq qalır.

Bunu Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi, polkovnik Vaqif Dərgahlı deyib.

V.Dərgahlı bildirib ki, cəbhənin müxtəlif istiqamətlərində düşmən tərəfindən atıcı silahlardan istifadə olunmaqla atəşkəs rejimi pozulur. Düşmənin ön xətdə fəallığının qarşısı bölmələrimiz tərəfindən alınır. Görülən qabaqlayıcı tədbirlər nəticəsində Ermənistan ordusunun iki hərbi qulluqçusu ağır yaralanıb.

Bu gün gecə saatlarından başlayaraq Ağdam və Tovuz istiqamətlərində düşmənin 2 pilotsuz uçuş aparatı (PUA) da məhv edilib.

 

 

DİGƏR Xəbərlər Arxiv