YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Hikmət Hacıyev: Ermənistan çətin vəziyyətə düşən kimi yenə də mülki obyektləri hədəf almağa başladı

Ermənistan çətin vəziyyətə düşən kimi yenə də mülki obyektləri hədəf almağa başladı.

Bu fikri Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.

Prezidentin köməkçisi deyib ki, həmişə olduğu kimi, yenə də Azərbaycanın yaşayış obyektləri hədəf alındı. Azərbaycan Ordusu Ermənistanın atəş məntəqələrini susdurdu. Təəssüf ki, 76 yaşlı bir mülki şəxs həlak oldu. Ermənilərin mülki əhaliyə vurmaq istədikləri zərbənin qarşısı Azərbaycan Ordusunun uğurlu tədbirləri nəticəsində alındı. Mülki əhaliyə, dövlət mülkiyyətinə dəymiş zərərlərin Prezident İlham Əliyevin Sərəncamına əsasən qiymətləndirilməsi aparılır.

Hikmət Hacıyev vurğulayıb ki, Ermənistanın bu hücumları beynəlxalq sənədlərə və razılaşmalara ziddir. Ermənistan törətdiyi bu əməllərə görə məsuliyyət daşımaqla bərabər, bu ölkənin hərbi-siyasi rəhbərliyi də beynəlxalq hüquqa görə cinayət məsuliyyəti daşıyır.