YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Fərqanə Məmmədova: Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın beynəlxalq nüfuzu daha da artır

“Heç kimə sirr deyil ki, bu gün Azərbaycan Prezidenti cənab İlham Əliyev dünya liderləri, siyasətçiləri arasında böyük nüfuzu olan dövlət rəhbəri kimi tanınır. Cənab Prezidentin verdiyi önəmli təkliflər, irəli sürdüyü təşəbbüslər dövlətimizin başçısının nüfuzundan xəbər verir. Bunlardan biri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə Qoşulmama Hərəkatına üzv ölkələr adından pandemiyaya qarşı dövlət və hökumət başçıları səviyyəsində videokonfrans formatında BMT Baş Assambleyasının xüsusi sessiyasının keçirilməsi təklifidir. Bu təşəbbüs həm Qoşulmama Hərəkatı ölkələri, həm də digər BMT üzv dövlətləri tərəfindən dəstəklənib. 130-dan çox ölkə bu təklifə öz rəsmi dəstəyini ifadə edib.Təklifi dəstəkləyən ölkələr arasında BMT Təhlükəsizlik Şurasının daimi üzvlərindən tutmuş kiçik ada ölkələrinə qədər dövlətlər yer alıb”. Bu fikirləri Yeni Azərbaycan Partiyas Cəlilabad rayon təşkilatı Qadınlar Şurasının sədri  Fərqanə Məmmədova deyib.

F.Məmmədova bildirib ki, BMT tarixində bu günədək 31 xüsusi sessiya keçirilib. Bunlardan yalnız üçü dövlətlər tərəfindən çağırılıb. Onun sözlərinə görə, bu gün bəşəriyyət ən böyük təhlükə ilə üzbəüz qalıb: “Ən müasir səhiyyə imkanlarına malik dövlətlər belə bu problem qarşısında gücsüzdür. Azərbaycan bu çətin dövrdə artıq bir sıra önəmli beynəlxalq tədbirlərin onlayn formatda keçirilməsinin təşəbbüskarı və təşkilatçısı olub. Belə ki, cənab Prezidentin təşəbbüsü və sədrliyi ilə aprel və may aylarında Türk Şurasının və Qoşulmama Hərəkatının videokonfrans formatında dövlət və hökumət başçıları səviyyəsində Zirvə görüşləri keçirilib. Azərbaycanda pandemiya ilə əlaqədar görülən tədbirlərlə bağlı nüfuzlu KİV-lər məlumat verib. Prezidentimiz cənab İlham Əliyev pandemiyanın yaratdığı maneələrə cavab olaraq beynəlxalq aləmdə rəqəmsal diplomatiyanın təşəbbüskarı olub. Bütün bunlar bir daha göstərir ki, Azərbaycan videokonfrans vasitəsilə ölkələrlə əməkdaşlığa tam hazırdır və Azərbaycan Prezidentinin təşəbbüsü nəticəsində BMT tez bir zamanda bu bəladan qurtulmaq üçün önəmli qərarlar verəcək. Göründüyü kimi, dünyada ikinci ən böyük beynəlxalq təşkilat olan Qoşulmama Hərəkatı çərçivəsində Azərbaycan fəal siyasət həyata keçirir. Bu, həm dövlət maraqlarımızın qorunması, həm də Azərbaycanın beynəlxalq miqyasda nüfuzunun daha da güclənməsi baxımından əhəmiyyətlidir”.

F.Məmmədova həmçinin iyulun 12-dən etbarən işğalçı Ermənistanın Tovuz rayonu istiqamətində törətdiyi hərbi təxribata da münasibət bildirib. Bu təxribatın qarşısının qətiyyətlə alındığını deyən F.Məmmədovanın sözlərinə görə, işğalçı dövlətin bütün cəhdləri iflasa uğrayıb. Azərbaycan öz dövlət sərhədini qorudu, şəhidlər versədə, amma bir qarış belə ermənilərə torpaq vermədi. Azərbaycan Ordusunun böyük şücaəti ermənilərin və tərəfdarlarının apardığı reallıqdan uzaq təbliğatını bir daha alt-üst etdi. O qeyd edib ki, Milli Ordumuzun əsgərləri bu döyüşlərdə böyük şücaət göstərdilər: “İyulun 14-də döyüş zamanı müdafiənin ön xəttində olan Azərbaycan Ordusunun general-mayoru Polad Həşimov və polkovnik İlqar Mirzəyev qəhrəmancasına şəhid oldular. Azərbaycan xalqı belə qəhrəman oğulları ilə fəxr edir, qürur duyur. İyulun 14-15-də Azərbaycan Ordusuna dəstək məqsədilə keçirilən aksiya cəmiyyətimizdə vətənpərvərlik ruhunun yüksək olduğunu bir daha nümayiş etdirdi. Lakin Azərbaycanımızın bu taleyüklü günlərində sapı özümüzdən olan baltalar təxribat törətməyə cəhd göstərsələr də qarşısı alındı. Onların Azərbaycanın imicinə zərbə vurmaq cəhdlərinin qarşısı qətiyyətlə alınıb. Unutmamalıyıq ki,Vətən, xalq üçün çətin, sınaqlı günlərdə iqtidar-müxalifət münasibətləri bir kənara qoyulmalı, əsas məqsəd düşmən üzərində qələbə qazanmaq olmalıdır. Azərbaycan Ordusuna dəstək aksiyası zamanı təxribat törədənlər Ermənistanın maraqlarını müdafiə edən antimilli ünsürlərdir.Onların məqsədi Azərbaycanın inkişafına maneə yaratmaq, ölkəmizdə sabitliyin pozulmasına və xaosun yaranmasına nail olmaqdır. Bütün bunlar isə Ermənistanın ermənipərəst və anti-Azərbaycan dairələrinin maraqlarına xidmət edir.

Bütövlükdə, bu təxribat cəhdinin qarşısının qətiyyətlə alınması onu göstərir ki, Azərbaycan dövləti işğalçı ölkənin təxribatlarına dözmək niyyətində deyil, düşmənə layiqli cavab vermək əzmində və gücündədir. Bu, eyni zamanda, Azərbaycan Ordusunun gücünü, hərbçilərimizin rəşadət və cəsarətini düşmənə bir daha əyani surətdə nümayiş etdirdi”.