YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP GB-in və Bakı Beynəlxalq Tələbə Klubunun təşəbbüsü ilə bir qrup əcnəbi tələbələrlə görüş keçirilmişdir

31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi günü ilə əlaqədar olaraq Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin və Bakı Beynəlxalq Tələbə Klubunun təşəbbüsü ilə Azərbaycanın müxtəlif ali məktəblərində təhsil alan bir qrup əcnəbi tələbələrlə görüş keçirilmişdir.

Əcnəbi tələbələr YAP GB-nin ofisi, həftə sonları YAP GB-nin ofisində pulsuz keçirilən ingilis dili kursunun gedişatı ilə tanış olmuş, eyni zamanda onlara Gənclər Birliyinin fəaliyyəti, keçirilən layihələr haqqında məlumat verilmişdir.

Daha sonra AMEA Milli Azərbaycan Tarix Muzeyinə ekskursiya təşkil olunmuşdur. Ekskursiya zamanı əcnəbi tələbələr Azərbaycanın eramızdan əvvəldən indiyədək olan tarixi dövrü ilə əyani şəkildə eksponatlar vasitəsilə tanış olmuşlar. Əcnəbi tələbələrin keçirdikləri bir gün onlara xoş təəssürat bağışlamış və gələcəkdə YAP GB-nin həyata keçirəcəyi layihələrdə iştirak etmək istədiklərini vurğulamışlar.