Xəbərlər
ATƏT-in sədri Ermənistan və Azərbaycan sərhədində artan gərginliklə bağlı bəyanat verib
![](http://yap.org.az/thumb.php?src=http://yap.org.az/upload/images/df5e266cd3bd9ff82e37e178b169413a.jpeg&w=360)
Mən Ermənistan və Azərbaycan sərhədi boyunca artan gərginlikdən dərin narahatlıq keçirirəm və tərəfləri daha çox insan tələfatı baş vermədən atəşkəsə dərhal qayıtmağa çağırıram.
Bu sözləri ATƏT-in hazırkı sədri, Albaniyanın baş naziri, Avropa və Xarici İşlər naziri Edi Rama deyib.
O qeyd edib ki, ATƏT-in Minsk Qrupunun həmsədrləri və ATƏT sədrinin xüsusi nümayəndəsi Anjey Kasprşik tərəflərlə yaxın əlaqədədir və vəziyyəti stabitlləşdirmək üçün səy göstərir. Azərbaycan və Ermənistan liderləri arasında birbaşa əlaqə 2019-cu ilin martında Minsk qrupunun həmsədrlərinin vasitəçiliyi ilə Vyanada görüş zamanı qurulub. Edi Rama belə bir mexanizmin vəziyyətin de-eskalasiyası üçün istifadə edilə biləcəyinə ümidvar olduğu vurğulanıb.
ATƏT sədri hər iki tərəfdən həlak olanların ailələrinə və yaxınlarına başsağlığı verib, yaralılarla bağlı narahatlığını ifadə edib: ““Biz mümkün olan hər şeyi etməliyik ki, münaqişənin insanlara təsiri azalsın və tezliklə əsaslı danışıqlar başlasın".