YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

İstanbulda Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibəti ilə ziyafət təşkil edilib

İstanbuldakı Türkiyə-Azərbaycan Dərnəyi (İSTAD) 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə ziyafət təşkil edib.
Türkiyə ictimaiyyətinin görkəmli nümayəndələrinin və qardaş ölkədə yaşayan azərbaycanlıların iştirakı ilə keçirilən tədbirdə əvvəlcə Azərbaycanın və Türkiyənin dövlət himnləri səsləndirilib.
İştirakçıları bayram münasibəti ilə təbrik edən Azərbaycanın İstanbuldakı baş konsulu Həsən Zeynalov, İSTAD-ın sədri Səfər Qaraqoyunlu və başqaları çıxışlarında Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün milli bayram kimi qəbul olunmasının tarixi əhəmiyyətindən danışıblar. Qeyd olunub ki, hər ilin sonuncu günü xalqımızın böyük sevgi ilə qeyd etdiyi bu bayram türk xalqların birliyi üçün güclü stimuldur. Diqqətə çatdırılıb ki, dünya azərbaycanlılarının həmrəyliyi ölkəmiz və dövlətimiz üçün böyük bir sərvətdir. Soydaşlarımız harada yaşamaqlarından asılı olmayaraq Azərbaycan həqiqətlərinin təbliğində, o cümlədən Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi işğalçılıq siyasətinin ağır nəticələrinin dünya ictimaiyyətinə düzgün çatdırılmasında fəal olmalıdırlar.
Sonra azərbaycanlıların həmrəyliyi və Azərbaycan-Türkiyə münasibətlərinin inkişafındakı xidmətlərinə görə, bir qrup şəxsə İSTAD-ın diplomları təqdim olunub.
Ziyafət rəngarəng konsert proqramı ilə davam etdirilib.

 

DİGƏR Xəbərlər Arxiv