YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan siyasi arenada olduğu kimi hərb meydanındada düşmənə gücünü göstərdi

Fərid Vaqifli

YAP Yevlax rayon təşkilatı GB nın sədr müavini

Torpaq uğrunda ölən varsa Vətəndir demiş müdiriklərimiz. Bəli bizlər öz vətənimiz yolunda bir an belə düşnmədən canını fəda etməyə hazır olan dövlətin gəncləriyik. 12 iyul tarixində Tovuz rayonu istiqamətində mənfur düşmən növbəti  səfər atəşkəs rejimini pozaraq hücuma keçməyə cəhd göstərdi.  Ancaq hər səfər olduğu kimi yenədə ayıq-sayıq idi mənim qəhrəman əsgərim. Yenədə döyüşə hazır vəziyyətdə gələcək əmri gözləyirdi. Vətən eşqi ilə, torpağ eşqi ilə döyünürdü əsgərimin ürəyi. Bu inamın bu bu vətənə sevginin nümunəsi idi ki qısa zaman ərzində düşmən xeyli sayda itgi verərək  geri  çəkilməyə məcbur oldu.  Bu inamlı mübarizə Aprel döyüşlərində qazanılan şanlı zəfərin davamı idi desək yanılmarıq. Mənim qəhrəman əsgərim 3-körpə balasını, ailənin tək övladı olmasını, həyatının gənclik dönəmində olmasını bir an belə düşünmədən üç rəngli şanlı bayrağ dalğalansın deyə öz canlarını bu vətən yolunda qurban verdilər. Mən əsgərim birdaha hərşeydən öndə vətən olduğunu göstərdi.

  Bir gənc olaraq məni qururlandıran digər bir nüans isə dünən yenidən vahid bir yumruq altında birləşdiyimizi göstərməyimiz oldu. Azərbaycanın hər yerindən yaşından, vəzifəsindən asılı olmayaraq hərkəs öz əsgərinin yanında olduğunu və Ali Baş Komandanın döyüş əmrini gözlədiklərini bildirdilər. Bu çətin anlarda mənfur müxalifət özünün antimilli azeərbaycan siyasətini yenə meydanlara ataraq bir qurup öyrədilmiş kütləsini meydanlara çıxarmaq, xalqı təlaşa boğmaq istədilər. Ancaq mənim mübariz və vətənpərər xalqım bu çətin və şərəfli anlarda müxalifətin bu oyununu yenidən pozaraq Ali Baş Komandanın əmrini gözlədiklərini bildirdilər.

 Ermənistan hökümətinin bu addımını özünü Ermənistan lideri hesab edən Nikol Paşinyanın son bir neçə ay ərzində beynəlxalq arenalarda Cənab Prezidentimiz İlham Əliyev qarşısında siyasi məğlubiyyətinin acı nəticəsi olaraq qiymətləndirirəm. Hər səfərində İlham Əliyev cənabları qarşısında məğlubiyyətlə barışan bu dırnaqarsı lider hərb meydanındada məğlubiyyət acısını birdaha yaşadı. İyul qələbəsi şanlı Aprel döyüşünün davamı oldu. Azərbaycan birdaha siyasi arenada olduğu kimi hərb meydanındada düşmənə gücünü göstərdi. Bugün bütün Azərbaycan gəncliyi Ali Baş Komandanın əsgəridir və verilən döyüş əmiri ilə şəhidlərimizin tökülən qanlarının qısasını almağa hazırdır.