YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Qəhrəman Ordumuzun yeni zəfəri

Hüseynzadə Sahil,

Biləsuvar YAP Gənclər Birliyinin sədr müavini

Bu günlər yarıtmaz idarəetmə və dünyadan təcrid nəticəsində koronavirus pandemiyası qarşısında əlacsız qalan, hər şeyi məhv olan Ermənistan növbəti dəfə xalqın diqqətini yayındırmaq üçün təxribata əl atdı. Bu təxribat Azərbaycan Ermənistan sərhəddində törədildi. Heç şübhəsiz ki, bu təxribatı həyata keçirənlərin əsas niyyəti beynəlxalq ictimaiyəti yenidən çaşdırmaq və Ermənistanı təzyiqə məruz qalan ölkə kimi dünyaya təqdim edərək vəziyyətdən yararlanmaqdır. Hazırda Ermənistanın da üzv olduğu KTMT-nın Ermənistanın müraciəti ilə təcili toplanması da bu niyyətin tərkib hissəsidir.

Hazırda koronavirus pandemiyası ilə bütün dünya dövlətlərinə nümunə olacaq şəkildə mübarizə aparan Azərbaycan isə heç şübhəsiz bu təxribatı zamanında analiz etdi və adekvat tədbirlər gördü. Hazırda pandemiya ilə bağlı vəziyyət öləmizdə tam nəzarət altındadır və artıq ölkəmiz bu bəlanı geridə qoymaqdadır. Belə bir vəziyyətdə ölkəmizin sərhədlərinə müdaxilə bütün çətinliklərə baxmayaraq, ordumuzun səfərbərliyinə, xalqla ordunun və dövlətin birliyinə maneə ola bilmədi.

Vətənpərvər Azərbaycan ordusu düşmənə layiqli cavab verərək, onu daha ağır itkilərə məruz qoydu. Bu anlarda da davam edən aktiv döyüşlər əminik ki, ordumuzun qələbəsi ilə bitəcək. Mövcud vəziyyətdə xalqı qarşısında ağ bayraq qaldıran Ermənistan hakimiyyəti, tezliklə Azərbaycan ordusu qarşısında da ağ bayraq qaldıracaq.

Hazırda ölkəmizin bütün bölgələrindən vətənpərvər gənclər orduya getmək üçün istər sosial şəbəkələrdə, istərsə də birbaşa müraciətlə edərək orduya getmək istədiklərini bildirirlər. Bu döyüşlərdə şəhid olan əsgərlərimizin dəfn mərasimi Azərbaycan xalqının, xüsusən gənclərin aktiv iştirakı ilə yerinə yetirildi.

Mənim yaşadığım Biləsuvar rayonunun Aşağı Cürəli kəndi də bu döyüşlərdə şəhid verdi. Baş leytinant Rəşad Mahmudov bu gün vətənpərvər insanlarımızın çiyinlərində torpağa  tapşırılacaq. Şəhidlərimizin axan qanı torpağımızı müqəddərləşdirməklə bərabər, bizlərə də böyük cəsarət və ruh yüksəkliyi verir. İnanırıq ki, Azərbaycan Respublikasının Ali Baş Komandanı Cənab İlham Əliyev bu məsələlərlə bağlı ən doğru qərar qəbul edəcək. Cənab Ali Baş Komandanın verəcəyi istənilən qərarın icrası bizlərin ən müqəddəs borcudur.

Mən və mənim gənc dostlarım hər an döyüş əmrini gözləyirik. Allah ordumuza kömək olsun, əsgərlərimizə və bütün xalqımıza qələbə sevinci yaşatsın! Bayrağımız Qarabağda tezliklə dalğalansın!