YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Seymur Orucov: Biz qarşıdakı ildə də yeni layihələr həyata keçirməyi nəzərdə tuturuq

«Yeni Azərbaycan Partiyasının Gənclər Birliyi bu il də ənənəsinə sadiq qalaraq, kifayət qədər layihələr, tədbirlər həyata  keçirib. Bu layihələr siyasi, iqtisadi, mədəni, sosial, vətənpərvərlik və. s istiqamətdə olmaqla bütövlükdə Azərbaycan cəmiyyəti tərəfindən dəstəklənir». Bu fikirləri YAP Gənclər Birliyinin sədri, partiyanın Siyasi Şurasının üzvü Seymur Orucov deyib.

S.Orucov bildirib ki, YAP Gənclər Birliyi beynəlxalq əməkdaşlıq sahəsində kifayət qədər uğurlar əldə edib. Onun sözlərinə görə, YAP Gənclər Birliyinin nümayəndələri il ərzində  “Cənubi Qafqaz ölkələri gənc siyasətçilərinin forumu”nda uğurla iştirak edərək ölkəmizi forumda layiqli təmsil edib. Bundan başqa, YAP Gənclər Birlyii Avropa Demokratik Gənclər Təşkilatının (DEMYC) üzvü olub. Eyni zamanda, bu il ərzində bir sıra tanınmış xarici ölkələrdən YAP Gənclər Birliyinin qonaqları olub. Bu səfərlərdə əməkdaşlıq əəlaqələri geniş müzakirə edilib.

«YAP Gənclər Birliyinin il ərzində müxtəlif istiqamətlərdə həyata keçirdiyi layihələr gənclər tərəfindən maraqla qarşılanıb. Belə ki, “İdeyanı bizimlə paylaş”, “Tarix klubu”,  “Biznes təlimi”, “İngilis dili və rus dili kursları layihəsi”, “Təhsil sistemimiz yeniliklər və imkanlar” mövzusunda seminar, “Öz biznesinə başla”, “Yeni Azərbaycan Partiyası və Gənclik” mövzusunda seminar, “PR təlimləri”, “Fondraising” mövzusunda tədbir, “Biznes etikası, biznes uğuru” layihəsi, “Sağlam komputer” layihəsi, “Gənc maliyyəçilər üçün yay məktəbi” layihəsi, “Ekologiyasız Həyat yoxdur” layihəsi və digərləri bu sıradandır. YAP Gənclər Birliyinin ən böyük  layihələrindən olan yay və qış məktəbləri layihəsi bu il  də, uğurla təşkil edilib. Biz qarşıdakı ildə də yeni layihələr həyata keçirməyi nəzərdə tuturuq»- deyə, YAP Gənclər Birliyinin sədri vurğulayıb.