YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Cavanşir Yusubov: Bu hadisə Azərbaycanın xarici siyasətinin parlaq səhifələrindən birini təşkil edir

“Azərbaycan Prezidenti cənab İlham Əliyevin BMT Baş Assambleyasının xüsusi sessiyasının keçirilməsinə dair təşəbbüsünün dünyanın 130 ölkəsi tərəfindən dəstəklənməsi dövlətimizin beynəlxalq miqyasda artan nüfuzunun göstəricisidir”. Bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) Mingəçevir şəhər təşkilatının sədri Cavanşir Yusubov deyib.

C.Yusubov bildirib ki, bu hadisə Azərbaycanın xarici siyasətinin parlaq səhifələrindən birini təşkil edir. Bu baxımdan, cənab Prezidentin beynəlxalq müstəvidə yüksək səviyyədə qəbul olunması böyük əhəmiyyət kəsb edir.
“Hazırda dünya ölkələri koronavirus pandemiyasına qarşı mübarizəyə səfərbər olunublar. Çünki hər bir ölkə bu problemdən ciddi şəkildə əziyyət çəkir. Belə bir şəraitdə Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə BMT Baş Assambleyasının xüsusi sessiyasının keçirilməsi dünya ölkələrinin COVID-19 infeksiyasına qarşı mübarizədə həmrəylik və birlik göstərməsinə şərait yaradacaq”, - deyə o qeyd edib.