YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Xəbərlər

Eldəniz Səlimov: Pandemiya dövründə xüsusi qaydalara qeyd-şərtsiz riayət olunmalıdır

“Sözsüz ki, dövlətin qüdrəti və rəhbərlərin dərin idarəetmə fəlsəfəsi özünü əsasən ağır şəraitlərdə və çətin zamanlarda göstərir. Əslində bütün çətinliklərinə rəğmən pandemiya dövrü dövlətlərə və onların liderlərinə imkan yaratdı ki, onlar böhranlı vəziyyətin idarə edilməsi ilə bağlı öz təcrübələrini və gücünü ortaya qoysunlar”. Bu fikirləri Milli Məclisin deputatı Eldəniz Səlimov deyib. 

E.Səlimov bildirib ki, Prezident İlham Əliyev tərəfindən atılan addımların təhlili və görülən işlərin miqyası onu deməyə əsas verir ki, dövlətimiz böhranlı vəziyyətlərin peşəkarcasına idarə edilməsi üzrə yetərli təcrübəyə və gücə malikdir. Həmçinin, həyata keçirilən işlər bir daha ölkə başçımızın dəfələrlə qeyd etdiyi “bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır” bəyanatının təsdiqi idi. Heç bir çətinlik bizim mübarizəmizi dayandıra, əzmimizi qıra bilməz.

Millət vəkilinin sözlərinə görə, koronavirusa yoluxmaqdan sığortalanan ölkə yoxdur. Bu gün nümunəvi səhiyyə sisteminə malik olan, əhalisinin sayı isə Azərbaycanla müqayisə olunacaq bir sıra qabaqcıl ölkələrdə belə yoluxma sayı 60-70 min, ölüm sayı isə on minlərlə ölçülür. Dövlətimiz pandemiyanın ortaya çıxdığı ilk günlərdən onunla mübarizə aparmaq məqsədilə zəruri addımların atılmasına başlamışdır və bu gün də yoluxma sayının artmasını nəzərə alaraq lazımi tədbirləri davam etdirir. Bu tədbirlərin əsas məqsədi koronovirusla bağlı ən pessimist ssenariyə belə hazır olmaqdır. Artıq 800 çarpayılıq xəstəxana istifadəyə verilib və yaxın zamanda 1300 çarpayılıq yeni modul tipli xəstəxana da istifadəyə veriləcək. Ümumilikdə isə hazırda ikisi Bakıda, biri Sumqayıtda, biri Gəncədə və biri Abşeronda olmaqla beş modul tipli beş xəstəxana fəaliyyətdədir. Daha beş modul tipli xəstəxanın isə inşası təmin ediləcəkdir. Bununla yanaşı, ölkəmizin 45 xəstəxanasında koronovirus xəstələri müalicə alırlar. Qeyd edilməlidir ki, bu xəstəxanaların 36-sı məhz cənab Prezident İlham Əliyevin Sərəncamı ilə son dövrlərdə tikilib.

“Dövlət öz üzərinə düşən öhdəliklərin lazımi qaydada icrasını, o cümlədən ölkə daxilində və beynəlxalq səviyyədə səylərini davam etdirir, hüquq-mühafizə orqanları qaydalara əməl olunmasına ciddi nəzarət edirlər, lakin bütün bunlarla yanaşı vətəndaşlarımız da sosial məsuliyyət göstərməlidirlər. Pandemiya dövründə xüsusi qaydalara qeyd-şərtsiz riayət olunmalıdır. Vətəndaşlarımız nizam-intizama tam məsuliyyətlə riayət etsələr, pandemiyanı nəzarətdə saxlamağa və ona qalib gəlməyə müvəffəq olacağıq. Ölkəmiz bu məqsədlə Ümumdünya Səhiyyə Təşkilatı ilə əməkdaşlığını da uğurla davam etdirir”-deyə, deputat qeyd edib.

DİGƏR Xəbərlər Arxiv