YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Arif Fərzəliyev: Prezident İlham Əliyevin BMT Baş Assambleyasının xüsusi sessiyasının keçirilməsi haqqında təşəbbüsü pandemiya ilə mübarzədə beynəlxalq əməkdaşlığa verilən böyük töhfədir

“Prezident İlham Əliyevin BMT Baş Assambleyasının xüsusi sessiyasının keçirilməsi haqqında təşəbbüsü koronavirus pandemiyası ilə mübarzədə beynəlxalq əməkdaşlığa verilən töhfə kimi çox böyük əhəmiyyət kəsb edir. BMT-yə üzv olan 130-dək ölkənin Azərbaycan Prezidenti İlham Əliyevin yeni növ koronavirus pandeymiyası ilə mübarizəyə həsr olunmuş BMT Baş Assambleyasının xüsusi sessiyasının keçirilməsi haqqında təşəbbüsünü dəstəkləməsi isə tarixi hadisədir. Vurğulamaq lazımdır ki, müasir beynəlxalq münasibətlər sisteminin fəal siyasi aktorlarından sayılan Azərbaycan istər siyasi, istərsə də sosial-iqtisadi əməkdaşlığın möhkəmlənməsinə töhfələr verir. Eləcə də, COVID-19 pandemiyasının yayılmasının minimuma endirilməsi istiqamətində görülən işlər ölkəmizdə həyata keçirilən çoxşaxəli dövlət siyasətinin uğurla həyata keçirildiyini bir daha təsdiqlədi”. Bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) Cəbrayıl rayon təşkilatının sədri Arif Fərzəliyev deyib.

Onun sözlərinə görə, Prezident İlham Əliyevin irəli sürdüyü təşəbbüs qlobal xarakter daşıyır və bütün dünyanı cənginə almış bəlaya qarşı mübarizədə həmrəyliyin təmin edilməsinə əhəmiyyətli təsir göstərir: “Bu təşəbbüsün məhz Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən irəli sürülməsi bir daha ölkəmizin xoş məramından, dünyada sülhün, əmin-amanlığın qorunması istiqamətindəki niyyətindən xəbər verir. Bu gün bir sıra regionlarda, ölkələr arasında müəyyən siyasi gərginliklər mövcuddur. Belə bir zamanda Azərbaycan Prezidentinin təşəbbüsü çox faydalıdır. Çünki Azərbaycanın siyasəti və bu təşəbbüsü nəticəsində bir sıra ölkələr öz aralarındakı rəqabəti kənara qoyub pandemiyaya qarşı mübarizədə birlik nümayiş etdirmək şansı qazanırlar”.
A.Fərzəliyev onu da qeyd edib ki, hələ pandemiya yayıldığı ilkin dövrlərdən Azərbaycan Prezidentinin təşəbbüsü ilə bir sıra regional konfranslar təşkilb olundu. Prezident İlham Əliyevin təşəbbüsü ilə ilk olaraq Türk Şurasının onlayn formatda Zirvə görüşünün keçirildiyini və bu görüşün pandemiyaya qarşı mübarizədə türkdilli ölkələr çox faydalı bir platforma olduğını söyləyən YAP Cəbrayıl rayon təşkilatının sədri daha sonra Prezident İlham Əliyevin təşəbbüsü ilə Qoşulmama Hərəkatının Təmas Qrupunun onlayn formada Zirvə görüşünün baş tutuduğunu da diqqətə çatdırıb.

Onun sözlərinə görə, Qoşulmama Hərəkatı çərçivəsində keçirilən bu toplantı birgə əməkdaşlığa böyük töhfə oldu. Bu, Azərbaycan Prezidenti İlham Əliyevin pandemiya ilə mübarizəni regional səviyyədən beynəlxalq səviyyəyə qaldırdığını ortaya qoyur: “Bu təşəbbüsün beynəlxalq birlik tərəfindən qəbul olunması Azərbaycan Prezidenti İlham Əliyevin dünyada böyük nüfuza sahib olduğunu bir daha təsdiqləyir. İşğalçı Ermənistanın bu təşəbbüsə qarşı çıxış etməsi isə özünüifşa xarakteri daşıdı və xoşməramlı, mühüm bir humanitar təşəbbüsə etiraz etməklə Ermənistan özü özünü inkar etdi. Bunun da məntiqi əsası var. Çünki Ermənistan heç vaxt dövlət olmayıb, onun dövlətçilik ənənəsi yoxdur”.
Bununla yanaşı, A.Fərzəliyev Prezident İlham Əliyevin təşəbbüsü ilə baş tutacaq BMT Baş Assamleyasının xüsusi sessiyanın beynəlxalq ictimayyəti pandemiya ilə mübarizəyə tam səfərbər edəcəyinə, dünya ölkələrinin ümumi təhdidlər qarşısında birləşməsinə və qlobal həmrəyliyin gücləndirilməsinə müsbət töhfə olacağına əminliyini də ifadə edib.